Slimfit
  1. İDMAN

Braziliyalı futbolçu Azərbaycan futbol tarixinə düşdü

Braziliyalı futbolçu Azərbaycan futbol tarixinə düşdü
Sakura

“Keşlə”nin futbolçusu Denis Silva Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib

“Keşlə”nin futbolçusu Denis Silva Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib.

Qafqazinfo” xəbər verir ki, braziliyalı müdafiəçinin yubileyi Topaz Premyer Liqasının V turunun “Sumqayıt”la matçına (1:2) təsadüf edib. 32 yaşlı futbolçu yarışın tarixinə 250 və daha çox oyun keçirən 57-ci futbolçu və ilk cənubi amerikalı kimi düşüb. 2007/08 mövsümündə “Xəzər Lənkəran”da debüt edən Denis sonradan “Neftçi” və “Keşlə”də (əvvəl “İnter”) də forma geyinib. O, ümumilikdə 250 matçda 12 qol vurub.

Müdafiəçi cənubluların heyətində 42 (3 qol), ağ-qara formada 116 (6 qol), indiki klubunda 92 (3 qol) oyunda meydana çıxıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nəriman Nərimanov 28 yaşında. Bakı, 1898-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR