Slimfit
  1. CƏMİYYƏT

Braziliyada Azərbaycana həsr edilmiş fotosərgi

Braziliyada Azərbaycana həsr edilmiş fotosərgi
Sakura

Braziliyada Azərbaycana həsr edilmiş fotosərgi

Azərbaycanın Braziliyadakı səfiri Elxan Poluxov bu ölkənin Qoyas ştatına səfəri çərçivəsində Qoyaniya şəhərində yerləşən əyalətin Qanunverici Şurasının binasında Azərbaycana həsr edilmiş fotosərginin açılış mərasimində iştirak edib.

Ens.az xəbər verir ki, Ölkəmizin Braziliyadakı səfirliyindən Kult.az-a bildiriblər ki, tədbirdə açılış nitqi söyləyən səfir Elxan Poluxov Azərbaycanın Braziliya, xüsusilə də Qoyas ştatı ilə inkişaf edən əlaqələrindən danışıb, bu sərginin son illər ərzində sayca üçüncü olduğunu qeyd edib. Əyalətlə iqtisadi, elmi, humanitar və digər sahələrdə münasibətlərin inkişafının vacibliyini vurğulayan diplomat gələcək planlara dair fikirlərini bölüşüb.

Elxan Poluxov, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, ölkəmizin ərazilərinin işğal edilməsi, Ermənistan tərəfindən tariximizə, mədəniyyətimizə ziyan vurulması və 12 iyul hadisələri barədə faktlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Sərginin açılışında Braziliya tərəfdən Qoyas ştatının Qanunverici Şurasının Prezidenti Lissauer Vieira başda olmaqla rəsmi şəxslər, yerli və federal deputatlar, incəsənət dairələrinin və elm ocaqlarının nümayəndələri iştirak ediblər.

Sərgidə Azərbaycanın xalçaları, təbiəti, memarlığı, həmçinin işğal altına olan torpaqlarımızın fotoları nümayiş etdirilib, iştirakçılara çap materialları paylanılıb.

Tədbir çərçivəsində “İRS” jurnalının portuqal dilində sayca dördüncü nəşrinin təqdimatı da keçirilib. Jurnalda ölkəmizin tarixinə, mədəniyyətinə və görkəmli simalarına həsr olunan məqalələrlə yanaşı, Azərbaycanın Braziliyada səfirliyinin fəaliyyəti, keçirdiyi müxtəlif tədbirlər haqqında məlumatlar, həmçinin yerli siyasi və elmi dairələrdən olan nümayəndələrin yazıları yer alıb. Burada Azərbaycan diplomatiyasının 100 illiyi, Azərbaycan-Braziliya münasibətləri, o cümlədən parlamentlərarası əlaqələr, ölkəmizin multikulturalizm siyasəti əks etdirilib. Dərgidə, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımına dair materiallarla tanış olmaq mümkündür.

Qeyd edək ki, sərgi avqustun 28-dək davam edəcək.

Həmçinin səfər zamanı səfir Elxan Poluxov Qoyaniya şəhərində yerləşən Katolik Universitetini ziyarət edərək, tədris ocağının rəhbərliyi və müəllim heyəti ilə görüşüb, təhsil sahəsində ikitərəfli əməkdaşlıq üçün vacib olan məlumatları bölüşüb və qarşı tərəfi maraqlandıran suallarını cavablandırıb.

Səfər zamanı yerli mətbuata çoxsaylı müsahibələr verilib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Maraqlıdır

Redaktor seçimi

SON XƏBƏRLƏR