Braziliya xaricilərə ölkəyə daxil olmağa icazə verdi – Yalnız təyyarə ilə
Braziliya hökuməti COVID-19 hadisəsinin yeni rekord sayından bir neçə saat sonra xarici vətəndaşların hava yolu ilə ölkəyə daxil olmasına icazə verib.
Ens.az KONKRET.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı “İnterfaks” agentliyi yayıb.
Ölkənin rəsmi qəzetində dərc olunan və dörd nazir, o cümlədən Braziliya Səhiyyə Nazirliyinin rəhbəri Eduardo Pazuello tərəfindən imzalanan fərmana əsasən, xaricilər hava yolu ilə ölkəyə gələ biləcəklər. Eyni zamanda, quru və su nəqliyyatının köməyi ilə Braziliyaya getmək hələ mümkün olmayacaq. Bu cür daşınmalara qoyulan qadağa daha 30 gündür.
Bununla yanaşı, Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saat ərzində Braziliyada 69,75 yeni COVID-19 və 1595 ölüm hadisəsi qeydə alınıb. Ümumilikdə, pandemiya zamanı ölkədə 2 milyon 552 min yoluxma hadisəsi olub, 90134 koronavirus xəstəsi dünyasını dəyişib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət