Slimfit
  1. DÜNYA

Brayzadan 11 ilin etirafı: Saakaşvilinin seçimi yox idi

Brayzadan 11 ilin etirafı: Saakaşvilinin seçimi yox idi
Sakura

Brayzadan 11 ilin etirafı: Saakaşvilinin seçimi yox idi

Mixail Saakaşvilinin avqust müharibəsi zamanı xüsusi seçim imkanı yox idi. O, ya Abxaziya və Cənubi Osetiyanı Rusiyaya verməli, ya da müharibəyə başlamalı idi.

Axar.az xəbər verir ki, bunu “Amerikanın səsi”nə müsahibəsində ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ABŞ Dövlət katibinin köməkçisinin Qafqaz məsələləri üzrə sabiq müavini Metyu Brayza deyib.

“Mən Gürcüstan-ABŞ münasibətlərini idarə edən şəxs olmuşam. Bizim həmin dövrdə Avropadakı müttəfiqlərimiz - Fransa, Britaniya, Almaniya ilə yaxşı münasibətlərimiz vardı, amma bir-birimizlə razılaşa bilmirdik. Ona görə ki, avropalı müttəfiqlərimiz Rusiyanı sakitləşdirməyimiz gərəkdiyini düşünürdülər. Bu isə o demək idi ki, ABŞ Gürcüstanı və Prezident Saakaşvilini sakitləşdirməliydi. O zaman çox gec idi. Rusiya Saakaşvilini heç bir halda qalib çıxması mümkün olmadığı küncə sıxmağa cəhd edirdi. Saakaşvili ya Abxaziya və Cənubi Osetiyanı verməyə razılaşmalı, ya da müharibəyə daxil olmalıydı”, - o bildirib.

Brayza həmçinin Sarkozinin vasitəçiliyi ilə Rusiya və Gürcüstan arasında əldə edilən atəşkəs razılaşmasının dəhşətli olduğunu deyib:

“Sarkozinin irəli sürdüyü atəşkəs haqqında razılaşma dəhşət idi. Putin onu manipulyasiya edə bilmişdi”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

San Fransiskoda yerləşən bir şirkətin laboratoriyada toyuq tükündən hazırladığı toyuq əti

Redaktor seçimi

SON XƏBƏRLƏR