Slimfit
  1. TƏBİƏT

Bozqurd

Bozqurd
Sakura

Bozqurd - türk, monqol və altay mifologiyasında müqəddəs heyvandır

Bozqurd - türk, monqol və altay mifologiyasında müqəddəs heyvandır. Boqkaskır, Çaqkurd sözləri eyni mənanı verir. Monqollar Börteçine (Börteşına, Börtöşono) deyirlər. Göyqurd və ya (Göybörü;Gökbörü;Kökbörü)təbiri də yenə istifadə edilir.

 

Türk mifologiyasında yeri və dəyəri

Yol göstərici, müqəddəs qurd, bütün türk və monqol tayfalarının ortaq onqonudur. Bəzi türk ve monqol boyları, nəsillərinin bu müqəddəs varlıqdan törədiyini inanırlar. Çox vaxt soyun bir qolu Göyqurddan, digər qolu isə Göygeyikden gəlməkdədir. Qurd sürülərinin başında durub onları idarə edən qurdlara Göyqurd deyilir. Kasqır və Börü ifadələri müxtəlif ləhcə və şivələrdə qurd deməkdir. Bozqurd səmanı təmsil edir. Alageyik isə yer üzünün simvoludur. Respublikanın ilk illərində türk pulu üzərinə Bozqurd şəkilləri dərc edilmişdir. Göytürklərin göy bayraqlarında kurtbaşı rəsmi vardır. Döyüşçülüyü və döyüş ruhunu, azadlığı, sürəti, təbiəti təmsil edir. Türk xalqının başına bir iş gəldikdə, bir təhdid meydana çıxdığında ortaya çıxar və yol göstərir. Çadırların önünə təpəsində altından kurtbaşı olan dirəklər tikilir. Savaş ruhu (ilahı) qurd görünüşünə bürünər. Altıncı əsrə aid bir daş anıtta qurddan süd əmən bir uşaq betimlenmektedir. Övliyalar zaman zaman qurd cildinə girirlər. Bozqurda "Göy Oğlu" da deyilir. Xalq mədəniyyətində Bozqurd dişinin cibdə daşınmasının nəzərdən qoruyacağına inanılar. Yakut mətnlərində Bosko olaraq bəhs edilir. Qırğızlarda, gəzərkən qurd görmək uğurdur. Yuxuda qurd görmək də yenə xeyirə yozular. Hamilə qadının nəzərdən qorunması üçün yastığının altına qurd dişi və ya dərisi qoyular. Qurdun qoyun sürüsünə dalması və ya axıra girməsi bərəkət sayılardı. Başqırd rəvayətlərinə görə qurd onların atalarının önünə düşərək yol göstərmişdir. Bu səbəblə özlərinə Başqırd (Baş Qurd) deyilmişdir.

 

Bozqurdların xüsusiyyətləri

Bozqurdlar qurdların bir növüdür. Bozqurdlar, ümumiyyətlə, evcil heyvanlardan adətən qoyunlara, mallara və atlara tələ "qururlar" və onlar əsla quzulu qoyunlara yarısını isə varsa ailəsinə, yoxsa ova çıxa bilməyəcək qədər yaşlı olan bozqurdlara aparar.

Bozqurdlar qurdlar arasında gələnəyə ən çox bağlı varlıqlardır. Qış gecələrində Şimali Amerikanın ucsuz-bucaqsız düzənliklərində gecələyən insanlar qəribə bir hadisənin şahidi olublar. Onlar deyirlər ki, qurdlar onların yandırdıqları atəşin üç metr yaxınına qədər gəlmiş, dayanıb insanları seyr etmiş və heç bir hərəkət etmədən geri dönmüşlər. İnsanlar isə əsrlər boyunca bozqurda qarşı mənasız bir savaş elan etmiş və onların sayını get-gedə azaltmağa başlamışdır. Qurdlar da insanlardan gördüyü bu vəhşi davranış nəticəsində kimsəsiz bölgələrə çəkilmək məcburiyyətində qalmış və sayları xeyli azalmışdır.

Bozqurdlar məğrur və heç nəyə baş əyməyən heyvanlardır. Onlar heç bir zaman ev heyvanları ola bilməzlər. İnsanla dost olarlar, amma it, ya da başqa heyvan kimi insana tabe olmaz, kölələşməzlər. Çünki bozqurd ev itləri kimi havayı yemək üçün sahibinə yaltaqlanmaqdansa, hürr şəkildə aclıqdan ölməyi üstün tutur. Onlar məğlub ola bilərlər, amma əyilməzlər, öldürülərlər, diz çökməzlər, ovlanarlar, həbsə düşməzlər. Bu baxımdan, türklərin bozqurdları yüksək dəyərləndirmələri əbəs deyil. Belə ki, bozqurdlarda da qədim türk gələnəklərinə uyğun bir həyat tərzi var – ataya bağlıdırlar, bir təşkilat halında yaşayırlar və onlarda da hamının tabe olduğu lider var. Savaş zamanı bozqurdlar da türklər kimi yarım aypara şəklində sıralanaraq hücuma keçirlər. Bozqurdların daha bir maraqlı xüsusiyyətləri var – yeganə heyvandırlar ki, dişi taylarını dəhşətli dərəcədə qısqanırlar. Bütün bu kimi xüsusiyyətlərə görə, türklər azadlıqlarının timsalı olaraq Bozqurdu özlərinə simvol seçiblər. Məhz buna görə, Bozqurd türk hürriyyətinin, türk dəyanətinin simvoludur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məmmədbağır Bağırzadə (1950-2005) və Gülşən Qurbanova (1950-2006)

Redaktor seçimi

SON XƏBƏRLƏR