Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Böyürtkənin müalicəvi xüsusiyyətləri sadalanıb

Böyürtkənin müalicəvi xüsusiyyətləri sadalanıb
Sakura

Maqnezium, manqan və kaliumun mövcudluğu qan təzyiqini nəzarətdə saxlamağa kömək edir

Yay aylarında vitamin tədarük etmək olduqca zəruridir. 

 Tərkibindəki antioksidan və iltihab əleyhinə xüsusiyyətləri sayəsində böyürtkən , xolesterin səviyyəsini normallaşdırmaq, insult riskini azaltmaq və vaxtından əvvəl yaşlanmağa qarşı mübarizə üçün çox əlverişli qidadır.

Böyürtkənin tərkibində antosiyaninlər - ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdıraraq  faydalı təsir göstərən  və xəstəliklərin qarşısını alan bitki piqmentləri var.  Böyürtkən xolesterin səviyyəsinin tənzimlənməsinə də kömək edir.

Qanda hemoqlobinin istehsalı üçün lazım olan dəmirin əhəmiyyətli miqdarı, orqanizmin hüceyrələrinin oksigenlə daha yaxşı təchiz olunmasına kömək edir.  Bundan əlavə, maqnezium, manqan və kaliumun mövcudluğu qan təzyiqini nəzarətdə saxlamağa  kömək edir.

 Həzmi stimullaşdırır

K vitamini, B6, niasin və riboflavin kimi qida maddələri ilə zəngin  olan böyürtkən həzmi yaxşılaşdırmağa kömək edir.  Çətin həzm olunan qidaların parçalanmasına kömək edir.  Digər tərəfdən, bağırsaqların və yoğun bağırsağın təmizlənməsini stimullaşdıran, qəbizliyin qarşısını alan əhəmiyyətli miqdarda liflər ehtiva edir.

İnsultun mümkün inkişaf riskini azaldır

Bu, resveratrol kimi tanınan güclü antioksidanın mövcudluğu ilə əlaqədardır. O, damarların zədələnməsinin qarşısını alan əsas vasitədir.

İmmunitet sistemini gücləndirir

Böyürtkən çox miqdarda C vitamini və bədənin müdafiəsini gücləndirən digər antioksidanları ehtiva edir. İstifadəsi, xüsusilə qrip, soyuqdəymə və ya astma kimi tənəffüs yolları  xəstəliklərindən qorunmaq üçün tövsiyə olunur.

 Erkən yaşlanmaya qarşı təsir göstərir

Vitamin C və E, həmçinin tərkibində olan antosiyaninlər sərbəst radikalların yaratdığı oksidləşdirici zərərin qarşısının alınması  üçün əhəmiyyətlidir.  Başqa sözlə, onlar  vaxtından əvvəl yaşlanmaya mane olurlar.

 Xərçəng xəstəliyinin qarşısını alır

Böyürtkən antioksidan xüsusiyyətləri ilə seçildiyindən,   xərçəng əleyhinə mümkün  təsiri olan geniş çeşidli qidalar siyahısına daxil olması təəccüb doğurmamalıdır.  Antosiyaninlər, resveratrol, A, C və E vitaminləri müxtəlif növ bədxassəli hüceyrələrin böyüməsinin qarşısının alınmasına müsbət təsir göstərir.

 Görməni müdafiə edir

 Yaxşı görmə bir çox amillərdən və vərdişlərdən asılı olsa da, böyürtkənin müntəzəm istehlakı xəstəlikdən qoruya bilər.  Güclü bir karotenoid olan zeaksantin sayəsində  o, torlu qişanın( retina) sağlamlığını dəstəkləyir və günəşin ultrabənövşəyi şüalarının zərərinin qarşısını alır.

 Qanda  pH-nı tənzimləməsinə kömək edir

 Böyürtkən, qanda pH-nı ( mayenin turşuluq və qələvilik dərəcəsini ifadə edən  termin) tənzimləməyə kömək edən qələvi minerallarla zəngin olduğundan orqanizmin yenidən qurulmasına kömək edir.

 Maye durğunluğu ilə mübarizə aparır

 İltihab əleyhinə xüsusiyyətləri və mineralların olması sayəsində  həm də sidikqovucu  təsirə malikdir və orqanizmdə maye durğunluğu ilə mübarizə aparır.

 Artritin profilaktikası və müalicəsi üçün tövsiyə olunur

 Böyürtkən yemək , xüsusilə artritdən əziyyət çəkənlərə tövsiyə olunur, belə ki o, ağrıya nəzarət  etməyə, oynaqların zədələnməsinin qarşısını almağa və xəstəliklərdən qorunmağa kömək edir.

 Ən yaxşısı  onu çiy  və təzə  halda yeməkdir , baxmayaraq ki, şirə, smuzi, salatlar, cem və şirniyyat məhsullarına  da əlavə edilə bilər.

Mənbə: med2.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyev. Bakı, XX əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR