Slimfit
  1. CƏMİYYƏT

Böyük Vətən müharibəsi iştirakçılarının xatirələri əbədiləşdiriləcək

Böyük Vətən müharibəsi iştirakçılarının xatirələri əbədiləşdiriləcək
Sakura

Böyük Vətən müharibəsi iştirakçılarının xatirələri əbədiləşdiriləcək

Müharibə iştirakçısı olan qohumlarınız barədə məlumatları foto.pamyat-naroda.ru saytına daxil edərək adlarını əbədiləşdirin.

Ens.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Modern.az-a verilən məlumata görə, 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi ilə əlaqədar tədbirlər çərçivəsində MDB məkanında “Yaddaş yolu” layihəsi üzrə yeni elektron portal yaradılıb.

Yeni portalın yaradılmasında məqsəd həmin müharibənin iştirakçıları haqqında məlumatların multimedia muzeyində toplanması və xatirələrini əbədiləşdirməkdir. Hər ailənin, hər nəslin həmin müharibədə iştirak etmiş qəhrəmanı var.

Ona görə də Böyük Vətən müharibəsi iştirakçısı olan ailə üzvlərinizə, qohumlarınıza, tanışlarınıza aid məlumatları https://foto.pamyat-naroda.ru/ və ya mil.ru saytlarına daxil etməklə, adlarının əbədiləşdirilməsinə öz töhfənizi verə bilərsiniz.

Sayta müharibə iştirakçısının soyadını, adını, atasının adını, doğum tarixini və doğulduğu yeri, müharibədən əvvəlki, müharibə və müharibədən sonrakı dövrdəki fotoşəkillərini və s. daxil edə bilərsiniz.

Bu məlumatlar Moskvada yerləşən “Patriot Parkı”nın “Yaddaş yolu” qalereyasında milyonlarla müharibə iştirakçıları sırasında əbədiləşəcək.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Rəsulzadənin kitabındakı Azərbaycan Cümhuriyyəti xəritəsi budur. 1923-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR