Slimfit
  1. TARİX

“Böyük Ermənistan” xülyası və tarixi həqiqətlər

“Böyük Ermənistan” xülyası və tarixi həqiqətlər
Sakura

“Böyük Ermənistan” xülyası və tarixi həqiqətlər

Mənşə etibarilə Qafqaz xalqları sırasına mənsub olmayan ermənilərin indiki Ermənistan adlanan əraziyə yayılmaları uzun və mürəkkəb bir tarixə malikdir. Ermənilər tarix boyu ən alçaq və rəzil üsullardan istifadə edərək qonşu xalqların torpaqlarını zəbt etmək və onları özlərinin dədə-baba yurdu adlandırmaq üçün hər cür riyakarlıqdan çəkinməmişlər.

Ermənilər Dağlıq Qarabağa həmişə xüsusi maraq göstərmişlər. Bunun səbəbi aydındır: erməni tarixşünaslığında belə bir saxta konsepsiya özünə möhkəm yer tutmuşdur ki, bu bölgə ermənilərə məxsusdur. Qatı şovinist mövqeli “Daşnaksütyun” partiyası məhz bu qondarma ideyaya uyğun olaraq keçən əsrin sonlarından başlayaraq dənizdən-dənizə “böyük Ermənistan” dövləti yaratmaq və Azərbaycanın Kür çayından cənuba olan ərazisini də zəbt etmək siyasəti yürütmüşdür. Bu planı əməli surətdə həyata keçirmək, ermənilərin səfərbərliyini təmin etmişdir. Halbuki bunu əyani sübut edən ermənilər tərəfindən 1978-ci ildə Ağdərə ərazisində ermənilərin bura köçürülməsinin 150 illiyi münasibətilə abidə tikilmişdir. Bu abidənin qoyulması köçürülmənin tarixi reallığıdır. Bunu hətta erməni tarixçisi V.A.Parsamyan da etiraf etmişdir. O yazırdı: “Rusiyaya birləşənə qədər Şərqi Ermənistanın 169 min 155 nəfər əhalisinin 57305 nəfəri, yaxud 33,8%-i erməni, 84089 nəfəri yaxud 49,7%-i müsəlman, 26911 nəfər, yaxud 16%-i kürd və 850 nəfər, yaxud 0,55%-i kənar millətlər idi”.

Dağlıq Qarabağa gəldikdə bu bir həqiqətdir ki, bura Azərbaycanın ayrılmaz hissəsidir.

Tarix boyu Avropa dövlətlərinə arxalanan ermənilər öz çirkin niyyətlərindən əl çəkməyərək, həmin dövlətlər vasitəsi ilə ərazi iddiası qaldıraraq, onları türklərlə müharibəyə sövq edirdilər. Lakin Avropa dövlətlərinin başçıları gözəl bilirdilər ki, dinin eynilik zəminində onları müsəlman Şərqinə qarşı qıcıqlandırmaq və acıqlandırmaq kimi mənfur erməni planı düşünülüb ortaya atılmışdı.

Bir faktı xüsusi vurğulamaq lazımdır ki, 1699-cu ildə erməni məlikləri katalikos Minası İsrayil Oriyə qoşub Almaniyaya yola salırlar. İsrail Ori bu dəfə özgə torpaqlarını ələ keçirmək üçün hazırladıqları 36 bənddən ibarət planı da özü ilə Almaniyaya aparır. Elə bu planla tanış olan kimi, alman knyazı İohann Vilhelm ermənilərin hiyləsini və niyyətini başa düşüb onları iti qovan kimi saraydan qovdurur.

Bütün bu axtarışlara rəhbərlik edən İsrail Ori İtaliyada, Almaniyada və Avstriyada apardığı danışıqlardan sonra heç bir Avropa dövlətinin ermənilərin hiyləsinə uyub Türkiyə ilə müharibəyə girməyəcəyinə tam əmin olduqdan sonra son ümid yerini Rusiyaya bağlayır.

1701-ci ilin yayında İsrail Ori arximandrit Minası da yanına alıb I Pyotrun görüşünə yollanır. Almaniya knyazı İohann Vilhelmə təqdim etdikləri “proqramı” bir qədər təkmilləşdirilmiş şəkildə rus çarı İ Pyotra təqdim edirlər.

I Pyotr Qafqaz, xüsusilə Azərbaycanla çoxdan maraqlanırdı. Məhz buna görə də ermənilərlə marağı üst-üstə düşürdü.

Birinci Pyotr axır ki, işğalçılıq iştahını boğa bilmir, ermənilərə havadarlığı öz boynuna götürür və İsrail Orini polkovnik rütbəsi ilə təltif edərək Səfəvilər dövlətinə göndəriləcək nümayəndənin başçısı təyin edir. İsrail Ori 1703-cü ildə uydurduğu “Ermənistan”ın xəritəsini hazırlayıb I Pyotra təqdim edir. Xəritədə Azərbaycanın qədim İrəvan xanlığından, Zəngəzur, Qarabağ mahallarından, bir də Anadolunun bir hissəsindən bəhs olunur.

Mənbələrdən aydın olur ki, ermənilər birinci Pyotrdan sonrakı bütün rus çarları ilə əlaqə saxlayıblar. Ermənilərin əsl böyük qardaşı I Nikolay olmuşdur. O, 21 mart 1828-ci il tarixli fərmanı ilə ermənilərin üstündən “qul” adını götürmüşdür. Belə ki, həmin vaxta kimi ermənilər yer üzərində rəsmən qul adlanan iki xalqdan biri olmuşdur.

1828-ci il Türkmənçay müqaviləsindən sonra Azərbaycan Rusiya ilə İran arasında rəsmən bölündü. Beləliklə, İrandan Cənubi Qafqaza, xüsusilə İrəvan xanlığına və Azərbaycana ermənilərin kütləvi axını başlandı.

V.A.Parsamyan yazır: “1828-ci il mart ayının 20-də I Nikolay bu müqaviləni (yəni Türkmənçay müqaviləsini) təsdiq etdi. Martın 21-də isə erməni vilayətinin yaradılması haqqında fərman imzaladı”. Həmin fərmana görə Naxçıvan və İrəvan xanlıqları ləğv edildi.

Bununla da Ədirnə (1829-cu ildə) müqaviləsindən sonra Türkiyədən də Zaqafqaziyaya xeyli miqdarda erməni gətirildi. Təkcə Ərzurumun arxiyepiskopu Karapet minə yaxın erməni gətirmişdi.

1828-1830-cu illər arasında Zaqafqaziyaya İrandan 40 mindən artıq, Türkiyədən isə 84 min erməni köçürülmüşdü.

Ermənilərin Qarabağa köçürülməsi ilə Azərbaycan xalqının tarixində faciəli və ən ziddiyyətli bir dövr başlandı. Əsası 1887-ci ildə Cenevrədə gənc tələbə Avetis Nazarbekyan tərəfindən qoyulan “Qnçak” (“Zəng”) partiyası Plexanovun təsiri altında idi. Bu partiyanın proqramında Rusiya, İran və Türkiyədə olan bütün erməniləri öz bayrağı altında birləşdirərək Samsunda, Vanda, Ərzurumda və digər bölgələrdə “böyük Ermənistan” yaratmaq və İrəvan quberniyası, Qarabağ, Qazax, Zəngəzur, Axalkalaki, Axarsix və başqa Azərbaycan və Gürcüstan torpaqlarını da birləşdirmək nəzərdə tutulmuşdu.

Həmin partiya fəaliyyətinin üç ili ərzində az qanlar axıdılmadı. Belə ki, 1890-1892-ci illərdə Zeytun və Samsunda ermənilərin üsyanı təşkil edildi. Erməni silahlı dəstələrinin əli ilə 65 mindən artıq silahsız qocalar, qadınlar, uşaqlar məhv edildi. Bu erməni silahlı dəstələrinə çar ordusunun zabitləri başçılıq edirdi. Qərbin hakim dairələri tərəfindən qızışdırılan ermənilər Türkiyənin 1862, 1878 və 1884-cü illərdə Zeytun, 1880-ci ildə Samsun, 1884-cü ildə Van vilayətlərində milli qırğınlar törətdilər.

Bununla kifayətlənməyən erməni millətçiləri 1905-ci ilin dekabrında Cavanşir qəzasının Ümidli kəndini mühasirəyə alıb atəşə tutdular, kişilərin başlarını kəsdilər, qadınların bir hissəsini öldürdülər və bir hissəsini əsir apardılar. M.S.Ordubadi “Qanlı illər” kitabında yazmışdı ki, 1906-cı ilin avqustunda Zəngəzurun Oxçu-Şəbadək yaşayış məntəqələrindən Ordubada doğru gedən müsəlmanlar ermənilər tərəfindən ələ keçirildilər.

Molla Həsən Əfəndinin ətrafında bir neçə qadın əlində Quran ermənilərdən rəhm etmələrini istəyir. Ermənilər Quranı yandırıb molla Həsən Əfəndini isə doğradılar. Hadisə yerinə gələn ordubadlılar 62 nəfər qadın və uşağın cəsədini, 15 körpənin kəsilmiş başlarını gördülər. Bu qədər vəhşilik azmış kimi 1918-ci ilin martında törətdikləri kütləvi qırğın ermənilərin azərbaycanlılara qarşı növbəti soyqırımının davamı idi. Bu qırğın nəticəsində təkcə paytaxt Bakıda deyil, Azərbaycanın bir çox bölgələrində də amansız vəhşiliklər, iyrənc əməllər törədildi. Qırğın martın 31-dən aprelin 2-si gecədən xeyli keçənədək davam etdi. Təkcə Bakıda 12 mindən çox azərbaycanlı öldürülmüşdü.

Bolşevik-daşnak birləşmələri Şamaxı, Quba, Kürdəmir, Salyan və Lənkəran qəzalarında da soyqırımını davam etdirmişdilər. S.Zalayans və T.Əmirovun daşnak dəstələri aprelin 3-16-da Şamaxı əhalisinə qanlı divan tutdu. Daşnaklar 8 mindən artıq dinc azərbaycanlı əhalini öldürdülər. 72 kəndi dağıtdılar. Hamazaspın rəhbərlik etdiyi daşnak dəstələri Quba qəzasının 162 kəndini yandırdılar. 16 mindən çox müsəlman öldürdülər. Bu soyqırımı zamanı 50 minə qədər azərbaycanlı qətlə yetirilmişdi.

Xəyallarında “Böyük Ermənistan” reallaşdırmaq istəyən ermənilər növbəti dəfə iyrənc addımlara əl atdılar. Belə ki, 1945-ci ilin payızında ərazi iddiası qaldıraraq, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi tələbi ilə çıxış etdilər. Belə ki, M.Bağırov Şuşa istisna olmaqla Dağlıq Qarabağın ermənilərə verilməsinə o şərtlə razı oldu ki, tarixi Azərbaycan torpaqları olan Zəngəzur və Göyçə mahalları Azərbaycana birləşdirilsin. Bununla razılaşmayan ermənilər yenidən susdular. Lakin çox keçmədi ki, onların səyi ilə SSRİ Nazirlər Soveti 1947-ci il dekabr tarixli qərarı ilə azərbaycanlıların Kür-Araz çayı ətrafına köçürülməsi planını hazırladı. Bu plan 1948-ci il martın 10-da təcili tədbirlər planı ilə təsdiq olundu.

1948-1953-cü illərdə azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası başlandı. Beş il ərzində 150 mindən çox azərbaycanlı öz doğma ata-baba yurdundan zorla, Azərbaycanın Saatlı, İmişli, Sabirabad, Göyçay, Kürdəmir kimi aran rayonlarına köçürüldü. Ermənilər hər vəchlə çalışırdılar ki, azərbaycanlılar Dağlıq Qarabağ ərazisinə köçürülməsin.

Beləliklə, çirkin əməllərinə nail olan ermənilər havadarlarının köməyi ilə 1988-ci ilin dekabrına kimi Qərbi Azərbaycandan 300 mindən çox azərbaycanlını zorla vətənlərindən qovdular.

1970-ci illərdə ermənilər Dağlıq Qarabağ məsələsini yenidən ortaya atsalar da, onların bu istəklərinin qarşısı qətiyyətlə alınmış və ümummilli lider Heydər Əliyev Azərbaycan rəhbəri kimi bu istiqamətdə sistemli və məqsədyönlü şəkildə fəaliyyət göstərmişdir. 1977-ci ildə SSRİ Konstitusiyası, 1978-ci ildə isə Azərbaycan Konstitusiyası qəbul edilərkən ermənilər müxtəlif mərkəzi orqanlara müraciət edərək Dağlıq Qarabağ məsələsini yenidən qaldırdılar. Lakin dahi rəhbər Heydər Əliyev bu zaman Sov.İKP MK-nın Baş katibi L.Brejnevlə görüşmüş və məsələni qəti həll edərək erməni millətçilərinin iddialarını puça çıxarmışdı.

Hələ bu azmış kimi ermənilər 1992-1993-cü illərdə Azərbaycanın 20 faiz torpağını işğal edərək 1 milyondan çox əhalisini öz doğma yurdundan didərgin salmışlar. Bir çox beynəlxalq təşkilatların çağırışlarına və BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsinə baxmayaraq bu gün hələ də Ermənistan öz işğalçı mövqeyindən geri çəkilməmişdir.

Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan Ordusu Ali Baş Komandan cənab İlham Əliyevin əmrini gözləyir ki, torpaqlarımızı düşmən tapdağından azad etsin. Rəşadətli ordumuz bunu şanlı aprel döyüşlərində bir daha sübut etdi. Düşmənin bağrını yarmaqla üç rəngli bayrağımızı Lələtəpədə dalğalandırdı.

Tarix boyu “böyük Ermənistan” yaratmaq ideyası ilə yaşayan ermənilər bilməlidilər ki, heç bir azərbaycanlı Vətəninin bir qarışını belə onlara güzəştə getməyəcək. Qüdrətli Azərbaycan Ordusunun gücü ilə düşməni məhv edərək, öz ərazi bütövlüyünü təmin edəcəkdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR