“Böyük Ermənistan” ideyası məhv edildi - Azərbaycanın tarixi uğuru
Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycanın sərhəd-buraxılış məntəqəsinin qurulması tarixi hadisədir və çox böyük beynəlxalq uğurdur. Bu hadisə Prezident İlham Əliyevin çox peşəkar, qətiyyətli, soyuqqanlı xarici və hərbi siyasətinin mühüm uğurudur.
Metbuat.az Modern.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.
"Ermənistan Qarabağda işğalçılıq siyasətini Şuşanı və Laçını işğal edərək başlamışdı. Biz də Ermənistanın bu siyasətinə Şuşanı və Laçını azad etməklə, sərhədlərimizə tam nəzarət etməklə son qoyduq. Beləliklə, “Böyük Ermənistan”, “Miatsum” (Azərbaycan torpaqları hesabına “birləşmiş” erməni dövlətinin yaradılması ideyası) ideyaları məhv edildi. Çox keçməz Qarabağın bütün kənd və şəhərlərində bayrağımız dalğanalacaq. Bu artıq zamanın tələbidir, nəinki bizim, - deyə komitə sədri vurğulayıb.
Rəsmi məlumata görə, 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət