Slimfit
  1. İDMAN

“Böyük Dəbilqə”də sonuncu gün

“Böyük Dəbilqə”də sonuncu gün
Sakura

“Böyük Dəbilqə”də sonuncu gün

Bakıda keçirilən cüdo üzrə “Böyük Dəbilqə” (Grand Slam) turnirində sonuncu – üçüncü günə start verilib.

Oxu.Az xəbər verir ki, bu gün 13 idmançımız mübarizəyə qoşulub.

Qadınlar +78 kq 1/8 final.

İrina Kindzerskaya Sandra Yablonskiteyə (Litva) qalib gəldi. Onun 1/4 finaldakı rəqibi Sara Adlinqton (Böyük Britaniya) – Kseniya Çibisova (Rusiya) cütünün qalibi olacaq.

Kişilər -90 kq 1/16 final.

Məmmədəli Mehdiyev Avtandil Tçrikişviliyə (Gürcüstan) qalib gəldi. Onun 1/8 finaldakı rəqibi Mərt Şişmanlar (Türkiyə) olacaq.

1/32 final.

Əbdülhəqq Rəsullu Li Koxmana (İsrail) uduzaraq mübarizəni dayandırdı. 1/32 final. Əliömər Tumayev Altanbaqana Qantulqaya (Monqolustan) uduzaraq mübarizəni dayandırdı.

1/32 final.

Tural Səfquliyev Davis Dudaya (Latviya) qalib gəlsə də, 1/16 finalda Eduard Tripelə (Almaniya) uduzaraq mübarizəni dayandırdı.

-100 kq 1/16 final.

Elmar Qasımov Danilo Pantiçə (Monteneqro) qalib gəldi. Onun 1/8 finaldakı rəqibi Toma Nikiforov (Belçika) olacaq.

1/16 final.

İeso Kvirikaşvili Karolis Bauzaya (Litva) uduzaraq mübarizəni dayandırdı.

1/32 final.

Zelim Kotsoyev Batır Hocaməhəmmədova (Türkmənistan) qalib gəldi. O daha sonra 1/16 finalda Domenik Şönefeldti (Almaniya) məğlub etdi. 1/8 finalda onun rəqibi Mikita Svirid (Belarus) olacaq.

1/32 final. Adil Kərimli Niyaz Bilalova (Rusiya) uduzaraq mübarizəni dayandırdı.

+100 kq 1/16 final.

Rüstəm Kotsoyev Acaks Tadeharaya (ABŞ), 1/8 finalda Jarko Çuluma (Serbiya) qalib gəldi. Onun 1/4 finaldakı rəqibi Qela Zaalişvili (Gürcüstan) olacaq.

1/16 final.

Şahin Qəhrəmanov Vladislav Şerpitskini (Belarus) məğlub etdi. O, 1/8 finalda Anton Krivobokova (Rusiya) uduzaraq mübarizəni dayandırdı.

1/16 final. Ayxan Cəfərov Ruslan Şahbazova (Rusiya) uduzaraq mübarizəni dayandırdı.

1/16 final. İmran Yusifov Temuulen Battulqaya (Monqolustan) uduzaraq mübarizəni dayandırdı.

Qeyd edək ki, Azərbaycanın kişi millisi əvvəlki iki gündə dörd medal qazanıb. Belə ki, bir qızıl, bir gümüş və iki bürünc medal aktivimizə yazdıra bilmişik.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Payız meşəsinin mozaikası

Redaktor seçimi

SON XƏBƏRLƏR