Slimfit
  1. İDMAN

“Böyük dəbilqə” turnirinin ilk yarış günündə yeddi cüdoçumuz mübarizə aparır

“Böyük dəbilqə” turnirinin ilk yarış günündə yeddi cüdoçumuz mübarizə aparır
Sakura

“Böyük dəbilqə” turnirinin ilk yarış günündə yeddi cüdoçumuz mübarizə aparır

Fevralın 22-də Almaniyanın Düsseldorf şəhərində cüdo üzrə “Böyük dəbilqə” turniri start götürüb.

AZƏRTAC Beynəlxalq Cüdo Federasiyasının saytına istinadla xəbər verir ki, Azərbaycanı yarışların ilk günü yeddi cüdoçu təmsil edəcək. Kişilərin yarışında 60 kiloqram çəki dərəcəsində Davud Məmmədsoy çinli Martin Lau ilə mübarizə aparacaq. 66 kiloqram çəki dərəcəsində isə Nicat Şıxəlizadə bolqarıstanlı Bojidar Temelkovla, Orxan Səfərov isə portuqaliyalı Joao Krisostomo ilə qarşılaşacaq.

Qadınların yarışında 48 kiloqram çəki dərəcəsində Aişə Qurbanlı braziliyalı Natalia Brigida, Leyla Əliyeva serb Milica Nikoliç ilə qüvvəsini sınayacaq. Gültac Məmmədəliyeva (52 kq) Rusiya təmsilçisi Alisa Kuznetsova, İçinkorloo Munxtsedev (57 kq) Braziliya cüdoçusu Rafaela Silva ilə tatami üzərinə çıxacaq.

Qeyd edək ki, bu nüfuzlu yarışda ölkəmizi 15 idmançı – 10 kişi və 5 qadın cüdoçu təmsil edir. Turnirdə 93 ölkədən 600-dən çox cüdoçu medallar uğrunda mübarizə aparacaq.

Xatırladaq ki, Azərbaycanın cüdo komandası fevralın 9-10-da Parisdə keçirilmiş “Böyük dəbilqə” turnirini 1 gümüş və 1 bürünc medalla başa vurub. Komandamızın aktivinə gümüş medalı İrina Kindzerska (+78), bürünc medalı isə Uşangi Kokauri (+100 kq) yazdırıblar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dişləri yumaq üçün 1 noxud miqdarında diş pastası kifayətdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR