Slimfit
  1. İDMAN

“Böyük Dəbilqə” turnirinin açılış mərasimi oldu

“Böyük Dəbilqə” turnirinin açılış mərasimi oldu
Sakura

“Böyük Dəbilqə” turnirinin açılış mərasimi oldu

Bu gün Bakıda keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirinin açılış mərasimi baş tutub.

Oxu.Az xəbər verir ki, Heydər Əliyev adına İdman Sarayında keçirilən açılış mərasimində ilk olaraq Gənclər və idman naziri Azad Rəhimov və Beynəlxalq Cüdo Federasiyasının idman direktoru Vladimir Barta çıxış edib.

Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev isə yarışı açıq elan edib:

“Heydər Əliyev adına “Böyük Dəbilqə” turnirini açıq elan edirəm. İnanıram ki, turnir yüksək səviyyədə baş tutacaq. Qoy, güclü qalib gəlsin”.

Daha sonra Azərbaycan himni və Beynəlxalq Cüdo Federasiyasının yapon dilində olan himni səsləndirilib.

Sonda mərasim bədii hissə ilə yekunlaşıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Uşaqların ağlaması dünyada ən qıcıqlandırıcı səsdir

Redaktor seçimi

SON XƏBƏRLƏR