Slimfit
  1. İDMAN

'Böyük Dəbilqə': Rüstəm Orucova qalib gələ Hidayət Heydərov finala yüksəlib

'Böyük Dəbilqə': Rüstəm Orucova qalib gələ Hidayət Heydərov finala yüksəlib
Sakura

'Böyük Dəbilqə': Rüstəm Orucova qalib gələ Hidayət Heydərov finala yüksəlib

Azərbaycan cüdoçuları Rüstəm Orucovla Hidayət Heydərov Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə keçirilən “Böyük Dəbilq”ə turnirində qarşılaşıblar.

Report” xəbər verir ki, 73 kq çəkidə mübarizə aparan idmançıların görüşündə Heydərov qalib gəlib. O, finalda digər Azərbaycan cüdoçusu Telman Vəliyevi üstələyən Tohar Butbul ilə güləşəcək.

Orucov bürünc uğrunda kosovolu Akil Qjakova ilə üz-üzə gələcək. Vəliyev isə rusiyalı Denis Yartsevlə qarşılaşacaq.


15:09***

Azərbaycan daha bir cüdoçusu Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə keçirilən “Böyük Dəbilq”ə turnirində yarımfinala vəsiqə qazanıb.

“Report” xəbər verir ki, 73 kq çəki dərəcəsi üzrə 1/4 finalda moldovalı Viktor Sterpunu məğlub edən Telman Vəliyev yarımfinala adlayıb. O, israilli Tohar Butbula qarşılaşacaq.

Bu çəki dərəcəsində digər yarımfinal görüşündə Azərbaycan cüdoçuları Rüstəm Orucovla Hidayət Heydərov üz-üzə gələcək.

Qeyd edək ki, ikinci yarış günüdə 63 kq çəkidə çıxış edən Diana Şoronova 1/8 finalda, Nuriyyə Axundova isə 1/16 finalda mübarizəni dayandırıb. Həmçinin Aidə Baxışova ilə Günel Həsənli (hər ikisi 70 kq), eləcə də Rüfət Məmmədov (73 kq) 1/16 finalda uduzublar. 81 kq çəkidə mübarizə aparan Araş Ağaei, Murad Fətiyev 1/8 finalda, Hasil Cəfərov 1/16 finalda, Afiq Səfərli isə 1/32 finalda mübarizəni dayandırıb.

İlk yarış günündə Azərbaycan cüdoçularından Nicat Şıxəlizadə (66 kq) gümüş medal qazanıb.


14:48***

Azərbaycan cüdoçuları Rüstəm Orucovla Hidayət Heydərov Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə keçirilən “Böyük Dəbilq”ə turnirində rəqib olublar.

“Report” xəbər verir ki, 73 kq çəkidə mübarizə aparan idmançılar yarımfinalda qarşılaşacaqlar.

Qeyd edək ki, bu çəkidə çıxış edən Telman Vəliyev 1/4 finalda moldovalı Viktor Sterpu ilə qarşılaşacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dişləri yumaq üçün 1 noxud miqdarında diş pastası kifayətdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR