Slimfit
  1. CƏMİYYƏT

"Böyük dayaq" filminin real qəhrəmanı: irəvanlı Rüstəm kişi

"Böyük dayaq" filminin real qəhrəmanı: irəvanlı Rüstəm kişi
Sakura

"Böyük dayaq" filminin real qəhrəmanı: irəvanlı Rüstəm kişi

Sovet dövründə çəkilmiş bir çox filmlər kimi, "Böyük dayaq" ekran əsərinə də böyük həvəslə baxırıq. "Böyük dayaq" görkəmli yazıçımız Mirzə İbrahimovun eyniadlı romanı əsasında çəkilib. Əksər qəhrəmanlar, hadisələr isə real həyatdan götürülüb - Rüstəm, Qaraş, Səkinə, Pərşan, Maya, Kərəm və başqaları.

Bəs filmin baş qəhrəmanı Rüstəm kişi əslində kimdir?

Lumuxanım Ələkbərova Oxu.Az-a bildirib ki, babası Rüstəm Abbas oğlu Tağıyev 1909-cu ildə İrəvanın Sərdərabad rayonunun Xeyirbəyli kəndində doğulub. Orada kolxoz sədri işləyən Rüstəm kişi ailəsi ilə birlikdə ötən əsrin 50-ci illərinin əvvəlində deportasiya olunaraq Sabirabad rayonunun Suqovuşan kəndinə gəlib və burada məskunlaşıb. Ömrünün sonuna, yəni 1975-ci ilə kimi Suqovuşan kəndindəki Həzi Aslanov adına kolxoza rəhbərlik edib.

M.İbrahimov kolxoz həyatından əsər yazmaq üçün Sabirabada gələrkən Rüstəm kişi onu öz evində qonaq edib. Rüstəm kişinin həyat yoldaşı Rübabə xanım üç ay onun qulluğunda dayanıb. Bu üç ayda M.İbrahimov kolxoz həyatını, eləcə də ailədaxili münasibətləri diqqətlə izləyib və özünə lazım olan faktları toplayıb.

Bundan sonra M.İbrahimov "Böyük dayaq" romanını yazıb. Yazıçıya şöhrət gətirəcək "Böyük dayaq" romanı əsasında eyniadlı film isə 1962-ci ildə çəkilib. Görkəmli aktyorumuz Ələsgər Ələkbərov Rüstəm kişi obrazını böyük peşəkarlıqla yaradıb.

Rüstəm kişinin nəvəsi L.Ələkbərova babasının həm romanda, həm də filmdə həyatdakı kimi təsvir olunduğunu deyib.

Filmdəki Səkinə, yəni Rübabə xanım Rüstəm kişinin həyat yoldaşı, Qaraş - İsmayıl onun oğlu, Pərşan - Məsməxanım qızı, Maya - Flora dostunun qızı, çoban Kərəm - Kərəm isə qardaşı oğlu olub.

Film Tovuz rayonunda çəkilsə də, bir neçə epizod Sabirabad rayonunda lentə alınıb. Ekran əsərinin sonundakı mənzərə isə Arazla Kür çayının qovuşduğu yerdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1921-ci ilin avqust ayında İraqın ilk Kralı I Feysəlin taxta çıxma mərasimi. Ətrafında iraqlılar yox, ingilislər var ...

Redaktor seçimi

SON XƏBƏRLƏR