Dərc edildi: Baxış sayı: 497
Böyük Britaniyanın səfiri: 'Azərbaycanın ərazi bütövlüyünü və müstəqilliyini tam dəstəkləyirik'
"Böyük Britaniya Azərbaycanın ərazi bütövlüyünü və müstəqilliyini tam dəstəkləyir".
Bu barədə "Report"a Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Nyu-Yorkda Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşünü şərh edərkən bildirib.
"Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçilik fəaliyyəti çərçivəsində proses mövcuddur. Biz öz tərəfimizdən hər iki tərəfi həmsədrlər tərəfindən təklif edilmiş prinsiplər əsasında sülh nizamlanması prosesində iştirakı davam etdirməyə çağırırıq", - deyə səfir bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət