Slimfit
  1. DÜNYA

Böyük Britaniyanın Baş naziri Boris Conson məhkəməyə verilib

Böyük Britaniyanın Baş naziri Boris Conson məhkəməyə verilib
Sakura

Böyük Britaniyanın Baş naziri Boris Conson məhkəməyə verilib

Böyük Britaniyanın Baş naziri Boris Conson məhkəməyə verilib.

SİA xəbər verir ki, biznesmen Deyl Vins, vəkil Co Mauqam və Şotlandiya İcmalar Palatasının üzvü Jovanna Çerri Şotlandiyanın ən yüksək məhkəməsinə müraciət edərək Baş nazirin “Benn aktı”na nə dərəcədə əməl edəcəyinə aydınlıq gətirməsini tələb ediblər.

Sentyabr ayında İngiltərə Parlamentində Leyboristlər Partiyasının üzvü Hilari Benn tərəfindən təqdim olunaraq qəbul edilən “Benn aktı”, ölkənin müqavilə olmadan Avropa İttifaqından (Aİ) oktyabrın 19-dək müqaviləsiz ayrılması dəqiqləşərsə, B.Consonun “Brexit” prosesinin təxirə salınması barədə müraciət etməsini nəzərdə tutur.

Baş nazir son açıqlamasında istər müqavilə ilə, istərsə də müqaviləsiz İngiltərənin Aİ-ni oktyabrın 31-də tərk edəcəyini deyib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR