Slimfit
  1. DÜNYA

Böyük Britaniya "Facebook"u 500 min funt sterlinq məbləğində cərimələyib

Böyük Britaniya "Facebook"u 500 min funt sterlinq məbləğində cərimələyib
Sakura

Böyük Britaniya "Facebook"u 500 min funt sterlinq məbləğində cərimələyib

 "Facebook" istifadəçilərin şəxsi məlumatlarının sızması ilə nəticələnən Böyük Britaniyanın "Cambridge Analytica" şirkəti ilə əməkdaşlığa görə maksimal məbləğdə - 500 min funt sterlinq və ya 644 min dollar məbləğində cərimələnib.

Bu barədə "Report" "Associated Press"ə istinadən xəbər verir.

Qeyd edək ki, Böyük Britaniyanın İnformasiya Komissarı İdarəsi "Facebook"u cərimələmək niyyətini hələ bu ilin iyul ayında elan etmişdi. O zaman şirkətin 2007-2014-cü illərdə istifadəçilərinin şəxsi məlumatlarının təhlükəsizliyini təmin edə bilmədiyi, eləcə də bu məlumatların daha sonra üçüncü şəxslər tərəflərdən istifadəsi baxımından kifayət qədər şəffaf olmadığı bildirilmişdi.

Xatırladaq ki, bu ilin yazında "Cambridge Analytica" şirkətinin "Facebook"dakı tətbiqi vasitəsilə istifadəçilərin şəxsi məlumatlarını topladığı və onlardan, o cümlədən 2016-cı ildə ABŞ-da prezidentlik kampaniyasında və Böyük Britaniyanın Avropa İttifaqından çıxması üzrə referendum zamanı siyasi reklam yerləşdirmək üçün istifadə etdiyi məlum olub. Sui-istifadə, ümumilikdə, sosial şəbəkənin 87 milyon istifadəçisinə təsir göstərə bilərdi.

"Cambridge Analytica" şirkəti bunun onlayn-reklam üçün adi və qanuni məlumat toplanması olduğunu iddia edərək deyilənləri rədd etsə də, şirkət sonda bütün müştərilərini itirib və müflis olduğunu elan edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kapri, İtaliya

Redaktor seçimi

SON XƏBƏRLƏR