Dərc edildi: Baxış sayı: 510
Böyük Britaniya Azərbaycana yeni hərbi attaşe təyin edib
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Azərbaycana yeni hərbi attaşe təyin edib.
Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Britaniyaın Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp ölkəsinin yeni hərbi attaşesi polkovnik-leytenant Entoni Bramveli sentyabrın 17-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov təqdim edib.
Hərbi attaşeni Azərbaycanda hərbi-diplomatik missiyasına başlaması münasibətilə təbrik edən nazir ona ölkələrimizin orduları arasında əlaqələrin genişləndirilməsi istiqamətində gələcək fəaliyyətində uğurlar arzulayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət