Slimfit
  1. MARAQLI

Boyu bir metr olan insanların kəndi

Boyu bir metr olan insanların kəndi
Sakura

Boyu bir metr olan insanların kəndi

100 il əvvələ qədər İranın Makhunik kəndində yaşayan insanların boyu, təxminən bir metr olub.

Makhunik İranın şimal-şərqində 1500 il bundan əvvəl qurulan bir kənddir. Əfqanıstan sərhədindən 75 km uzaqda yerləşir. Yüz il qabaq burada yaşayan insanların boyu, orta boy həddindən 50 sm aşağı sayılan bir metr hündürlüyündə olub.

2005-ci ildə bölgədə 25 sm uzunluqda mumiyalı bir meyit tapılır. Bundan sonra, Makhunik də daxil olmaqla 13 kəndin bir zamanlar mövcud olan "Cırtdanlar Şəhərinə" aid olması ilə bağlı şayiələr yayılmağa başlayır.

Mütəxəssislər mumiyanın 400 il əvvəl ölən bir körpə olduğunu açıqlasalar da, bir zamanlar Makhunikdə yaşayan kəndlilərin boylarının çox qısa olması iddiaları davam edib.

Kəndlilərin boyunun qısa olmasının ən böyük səbəblərindən biri kifayət qədər qidalanmamaq olub. Bu quraq və ucqar bölgədə heyvandarlıq imkanı yoxdur. Sadəcə turp, taxıl, arpa və xurmaya bənzər bit bitki əkilir və qidalanma da bu məhsullara əsaslanırdı.

Kəndin ən qəribə xüsusiyyətlərindən biri, İran mətbəxində və qonaqpərvərliyində mühüm yeri olan çaya qarşı maraq olmamasındadır.

Makhunik kəndinin tarixi memari quruluşu və ənənəvi yaşayış tərzi barəsində muzey işləri aparan 61 yaşlı Əhməd Rahnama, qədimdə oralarda çay içməyin anaşa aludəçilərinə xas bir hal olması ilə bağlı inam olduğunu söyləyir.

20-ci əsrin ortalarında yolların salınması ilə Makhunik kəndlilərinin də İranın digər bölgələrindəki düyü və ya toyuq kimi ərzaqlara əli çatmağa başladı.

Kənddəki 200 evdən 70-80-ində tavanın hündürlüyü 1.5-2 metr arasıdır

Makhunik kəndin yaşayan 700 nəfərin bir çoxu hazırda orta boy hündürlüyünə sahib olsa da, ulu babalarının qısa boylu olduğunu xatırladan çox sayda nişanə mövcuddur. Qədim kəndin 200 daş evinin 70-80-də tavan həddindən artıq alçaqdır.

Rahnama-ın dalınca bu evlərdən birinə əyilib girdim və qonaq otağında olduğumuzu gördüm. 10-14 kvadrat metrlik bu otağın bir küncü taxıl anbarı, bir küncü ocaq, başqa bir hissəsi ilə yataq yeri kimi istifadə edilir.

Rahnama-ya görə, evlərin bu qədər kiçik tikilməsinin səbəbi sakinlərin qısa boylu olmasında irəli gəlir. Nahamar yol və yük daşıyan heyvan qıtlığı ucbatından insanlar evlərini düzəltmək üçün daşlar və digər materialları özləri aparmaq məcburiyyətində qalıblar.

Kiçik evə daha az material lazım olduğu kimi, onu isitmək və sərinlətmək də daha asan olur. Bundan başqa, təbiətdən az fərqlənərək işğalçıların uzaqdan bölgəni müyyənləşdirməsini çətinləşdirib.

Kənddə yaşamaq indi də asan deyil. Məhdud sayda mövcud olan kənd təsərrüfatı, son illər baş verən quraqlığa görə daha da azalıb. Cavanlar iş tapmaq üçün kəndi tərk etmək məcburiyyətindədirlər.

"İş üçün şəhərə gedən cavanlar, kəndə pul və qida göndərirlər. Qadınlar toxuculuqla məşğul olurlar. Amma başqa heç bir iş yoxdur," Rahnama deyir. Yaşlıların pənah yeri isə dövlət yardımıdır.

Lakin Rahnama çətinliklərə rəğmən, kəndin qəribə memari quruluşunun turistləri cəlb edəcəyi və yeni iş imkanları yaradacağına ümid edir.

"Artıq hər şey qədimə nisbətən daha yaxşıdır. Qədimdə insanlar qısa boylu və kök olublar. İndi isə daha hündür və arıqdırlar," Rahnama deyir.

 

Mənbə: BBC Azərbaycan

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Payız meşəsinin mozaikası

Redaktor seçimi

SON XƏBƏRLƏR