Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Böyrəkləri xəstə edən 5 yayılmış vərdiş

Böyrəkləri xəstə edən 5 yayılmış vərdiş
Sakura

Böyrəkləri xəstə edən 5 yayılmış vərdiş

Həkimlər böyrək xəstəliklərinin inkişafına təkan verən yayılmış vərdişlərin siyahısını tərtib ediblər.

Saglamolun.az Medoboz-a istinadla bu vərdişlərin siyahısını təqdim edir.

1. Tez-tez, müxtəlif səbəblərə görə (baş ağrısı, bel ağrısı, oynaqlar ağrısı və s.) ağrıkəsici dərmanları qəbul etmək.

Araşdırmalar göstərir ki, qeyri-steroid iltihabəleyhinə preparatların (aspirin, analgin, diklofenak, ibuprofen və s.) tez-tez qəbulu böyrəklərə ciddi ziyan vurur.

2. Yeməklərə çox duz vurmaq.

Duz orqanizmdə mayeni saxlayır ki, bu da böyrəkləri yükləyir. Həmçinin orqanizmdə mayenin miqdarının artması arterial təzyiqin qalxmasına səbəb olur. Yüksək arterial təzyiq böyrəklərin sağlamlığına çox ciddi ziyan vurur.

3. Çoxlu ət yemək.

Heyvani zulalın çoxlu miqdarda istehlakı böyrəklərin həddindən artıq yüklənməsinə səbəb olur ki, bu da böyrək xəstəliklərin riskini artırır.

4. Su içməmək

İnsan daim çay, qəhvə, şirə və s. içir, adi təmiz su içmirsə, bu böyrəklər üçün çox ziyanlıdır.

5. Gec yatmaq və tez yuxudan durmaq

Böyrəklərin sağlamlığı üçün normal yuxu çox vacibdir. İnsan hər gün 7 saatdan az yatırsa, bu onun böyrəklərinə çox ciddi ziyan vurur. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səhra Aslanı Ömər Muxtar, Faşist İtalyan qüvvələri tərəfindən tutularaq edama aparılması

Redaktor seçimi

SON XƏBƏRLƏR