Dərc edildi: Baxış sayı: 584
Böyrəkləri təmizləyən cövhər
Xalq təbabətində orqanizmi təmizləmək üçün bir çox müxtəlif təbii cövhərlər istifadə olunur.
Bu cövhər böyrəkləri duzlardan, qumdan çox yaxşı təmizləyir, iltihabı azaldır. Lakin nəzərə almaq lazımdır ki, sizdə böyrək daşı xəstəliyi varsa, bu cövhərdən itifadə etmək olmaz. Bu daşların tərpənməsinə, sidik kanalına düşməsinə səbəb ola bilər.
Cövhərin hazırlanması:
5 dəstə cəfəri, 2 ədəd limon (qabıqlı) blenderlə əzilir. Üzərinə 1 l qaynar su tökülür, 1 gün (24 saat) ərzində saxlanılır. Daha sonra cövhəri yaxşı süzün və gündə 3 dəfə armudu stəkanın 1/2 hissəsi olmaqla yeməkdən 30 dəqiqə əvvəl için.
Mənbə: Saglamolun.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət