Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Böyrəkləri təmizləyən 3 ən yaxşı tərəvəz

Böyrəkləri təmizləyən 3 ən yaxşı tərəvəz
Sakura

Böyrəkləri təmizləyən 3 ən yaxşı tərəvəz

Mütəxəssislər hər zaman vurğulayır ki, düzgün və faydalı qidalanmaqla insan özünü bir çox xəstəliklərdən qoruya bilər.

Bir çox adi qida məhsullarını həm də təbii dərmanlar adlandırmaq olar. Bu xüsusilə meyvə və tərəvəzlərə, süd məhsullarına, paxlalılara, taxıl bitkilərinə aiddir.  

Saglamolun.az Rusiya KİV-lərinə istinadla xəbər verir ki, qida mütəxəssislərinin müşahidələrinə görə, bəzi tərəvəzlər böyrəkləri çox yaxşı təmizləyir və xəstəliklərdən qoruyur. Bu ilk növbədə kələmə aiddir. Kələmin tərkibində olan fitokimyəvi maddələr orqanizmi toksin və digər ziyanlı maddələrdən təmizləyir və bununla da böyrəklərin işini asanlaşdırır.

Digər böyrəklər üçün faydalı olan tərəvəz qulançardır. Qulançar həm orqanizmi təmizləyir, həm də A və C vitaminləri ilə təmin edir.

Flavonoidlər və kversetinlə zəngin olan soğan (xüsusilə qırmızı soğan) böyrəklərdən ziyanlı maddələri xaric etməyə yardım edir.

Bundan əlavə mütəxəssislər böyrəklər üçün ən ziyanlı məhsulları da sadalayıb: fast-fud, şirniyyatlar və spirtli içkilər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məhəmməd Əmin Rəsulzadə, 1940-cı il

Redaktor seçimi

SON XƏBƏRLƏR