Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Böyrəkləri qorumaq üçün nə etmək lazımdır?

Böyrəkləri qorumaq üçün nə etmək lazımdır?
Sakura

Böyrəkləri qorumaq üçün nə etmək lazımdır?

"Böyrək Xəstəlikləri bütün dünyada olduğu kimi, Azərbaycanda da bir çox insanların sağlamlıq probleminə çevrilib. Böyrək xəstəliklərinə çox sadə qan və sidik analizləri ilə erkən zamanda diaqnoz qoyulanda müvafiq müalicələrlə sağalmaq və böyrək xəstəliklərinin ağırlaşmalarından qorunmaq mümkündür”.

Ens.az e-tibb.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Dializ şöbəsinin müdiri Barat Yusubov açıqlayıb: “Təəssüf ki, böyrək xəstəliklərinin erkən diaqnostikası çətin olur, çünki böyrək xəstəlikləri hər hansı əlamətlərlə özünü xəstəliyin artıq ağırlaşmış formasında böyrək çatışmazlığı meydana çıxdığı zaman büruzə verir. Buna görədə böyrəklərinizdə hər hansı narahatlıq olmadığı halda belə, onları qorumaq və qayğısına qalmaq lazımdır". 

B.Yusubov böyrəkləri qorumaq üçün bu tövsiyələri verib:

Xüsusilə 40 yaşından etibarən ildə 1 dəfə sidik və qan analizlərindən keçin, bununlada hər hansı böyrək probleminiz olsa erkən diaqnostika edilmiş olar.

Suyu nə az, nə də çox için. Normal çəkidə olan bir qadının gündə 1,5-2 litr, kişinin isə 2-2,5 litr su içməsi məsləhət görülür.

Az içilən su kimi, normadan çox içilən su da zərərli ola bilər.

Mümkün qədər az duz istifadə edin.

Davamlı olaraq idmanla məşğul olun və bu vaxtı su içməyidə unutmayın.

Fitness mərkəzlərinə gedib idmana ayıracaq vaxtınız yoxdursa, ən azından hər gün 30 dəqiqə piyada gəzin.

Sigaret çəkirsinizsə, azaldaraq, tərqitməyə çalışın.

Tez- tez ağrıkəsici dərman qəbulundan çəkinin.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR