Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Böyrəklər üçün ən təhlükəli 5 məhsul

Böyrəklər üçün ən təhlükəli 5 məhsul
Sakura

Böyrəklər üçün ən təhlükəli 5 məhsul

ABŞ alimləri böyrəklərin fəaliyyətinə mənfi təsir edən, böyrək xəstəliklərinin riskini artıran məhsulların siyahısını tərtib edib.

Araşdırmalar göstərir ki, bu məhsulların çoxlu miqdarda istehlakı böyrəklərə ciddi ziyan vurur.

Saglamolun.az INNOV-a istinadla xəbər verir ki, alimlərin fikrinə görə, böyrəklər üçün ən təhlükəli məhsul qəhvədir. Bu içki böyrəklərə düşən gərginliyi artırır ki, bu da onlarda pozulmaların inkişafına təkan verir. Təbii ki, söhbət qəhvəni həddindən çox miqdarda içməkdən gedir. Gün ərzində 2-3 fincan təbii qəhvə əksinə çox faydalıdır.

İkinci yerdə qırmızı ətdir. Mütəxəssislər böyrəklərin sağlamlığını qorumaq üçün qırmızı ətin istehlakını azaltmağı tövsiyə edirlər.

Növbəti ziyanlı məhsul duzdur. Duz orqanizmdə mayeni saxlayır ki, bu da böyrəklərin fəaliyyətinə mənfi təsir edir.

Dördüncü ziyanlı məhsul çaydır. Çaydan sui istifadə böyrəklərə ziyan vurur.

Sonuncu təhlükəli məhsul şirin qazlı içkilərdir. Bu içkilər qanda kalsiumun səviyyəsini artırır ki, bu da böyrək daşı xəstəliyinin inkişafna təkan verə bilər. Bəzi elmi araşdırmalar göstərir ki, şirin qazlı içkilərin çoxlu miqdarda istehlakı hətta böyrək çatışmazlığına gətirib çıxarda bilər.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yuriy Nikulin "Brilliant əllər" çəklişi zamanı fasilədə nərd oynayır. Bakı. 1968-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR