Böyrək xəstəliklərinin 3 erkən simptomu
Boyrəklər xəstəlikləri uzun müddət ərzində özünü heç bir simptomla büruzə verməyə bilər. Gizli inkişaf edən belə xəstəliklər nəticədə böyrək çatışmazlığının inkişafına gətirib çıxarda bilər.
Bu səbəbdən böyrək xəstəliklərini vaxtında aşkar etmək və müalicəyə başlamaq çox vacibdir.
Saglamolun.az The Times Hub-a istinadla oxucuları böyrək xəstəliklərinin erkən simptomları ilə tanış edir.
1. Diastolik (aşağı) təzyiqin dəyişilməsi. Arterial təzyiqinin göstəriciləri 2 rəqəmlə ifadə olunur ki, burada birinci rəqəm sistolik (yuxarı), ikinci rəqəm isə diastolik (aşağı) təzyiqi göstərir. Aşağı təzyiqin normadan çox yuxarı qalxması böyrək xəstəliklərinin inkişafına işarə edə bilər. Nəzərinizə çatdıraq ki, normal təzyiq 120/80 c.st. sayılır ki, burada 120 - sistolik, 80 - diastolik təzyiqdir. Diastolik təzyiq 90 və bundan çox qalxırsa (buna "böyrək hipertoniyası" deyilir), mütləq böyrəklərinizi müayinə edin.
2. Dərinin vəziyyətinin pisləşməsi. Dərinin quruluğu, dərinin qaşınması, səpməsi böyrəklərin pis işləməsinə işarə edə bilər. Bildiyimiz kimi, böyrəklər orqanizmdə filtr funksiyasını yerinə yetirərək qanı ziyanlı maddələrdən təmizləyir. Böyrəklərin fəaliyyəti zəiflədikdə ziyanlı maddələr orqanizmdə toplanmağa başlayır ki, bu da ilk olaraq dərinin vəziyyətinin pisləşməsinə gətirib çıxardır.
3. Yorğunluq, üşümə, təngənəfəslik, zəiflik, yuxusuzluq kimi qanazlığına işarə edən simptomlar kompleksi həmçinin böyrəklərdə xəstəliyin inkişafına da işarə edə bilər. Böyrəyin fəaliyyətində pozulmalar eritropoetin hormonunun ifrazının azalmasına səbəb olur. Bu hormon onurğa beynində eritrositlərin istehsalını stimullaşdırır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət