Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Böyrək xəstəliklərini yaradan məhsul

Böyrək xəstəliklərini yaradan məhsul
Sakura

Böyrək xəstəliklərini yaradan məhsul

Con Xopkins Universitetinin (ABŞ) alimləri araşdırma zamanı aşkar ediblər ki, şirin qazlı içkilərin çoxlu miqdarda qəbulu piylənmədən əlavə böyrək xəstəliklərinə də səbəb ola bilər.

Araşdırmanın nəticələri Clinical Journal of the American Society of Nephrology jurnalında dərc olunub.

Şirin qazlı içkilərin tez-tez qəbulu insanlarda xroniki böyrək çatışmazlığının riskini xeyli artırır. Böyrək çatışmazlığı böyrəyin fəaliyyətinin dayanmasına səbəb ola bilən ağır pozulmadır.

Araşdırma çərçivəsində alimlər 15 il ərzində 3 min insanın həyatı və qidalanması haqqında məlumatları toplayıblar. Nəticədə mütəxəssislər belə nəticəyə gəliblər ki, məhz şirin qazlı içkilərin çoxlu miqdarda qəbulu böyrəklərin xroniki xəstəliklərinin riskini 61% artırır.

 

 

Mənbə : Saglamolun.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kosmik stansiya öz çəkisində olan qızıldan 30 dəfə bahadır.

Redaktor seçimi

SON XƏBƏRLƏR