Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Böyrək daşlarını tökən 3 təbii resept

Böyrək daşlarını tökən 3 təbii resept
Sakura

Böyrək daşlarını tökən 3 təbii resept

Böyrək daşı xəstəliyi ən yayılmış böyrək xəstəliklərindən biridir.

Daşlar kiçik olduqda onların təbii yolla böyrəklərdən çıxması mümkündür. Lakin daha böyük daşlarda bu mümkün deyil. Daşlar sidik yoluna düşə və burada "ilişə" bilər ki, bu da çox ağrılı tutmaya səbəb olur.

Xalq təbabətində böyrəklərdə daşların əmələ gəlməsinin qarşısını almaq üçün çoxlu sayda reseptlər var.

Axar.az medportla.ru-ya istinadla sizə bu reseptləri təqdim edir:

1. Təbii limonad

Limon şirəsi sidiyin turşuluğunu azaldır və bununla da böyrəklərdə oksalat daşların əmələ gəlməsinin qarşısını alır.

Resept:

- 50 ml təbii limon şirəsi

- 1 l təmiz su

- zövqə görə bal

İnqrediyentlər qarışdırılır və gün ərzində içilir.

2. Limon şirəsi + zeytun yağı

Resept:

- 2 x.q. limon şirəsi

- 1 x.q. keyfiyyətli zeytun yağı

- 250 qr su

Limon şirəsi zeytun yağı ilə qarışdırılır və qəbul edilir. Sonra 1 stəkan təmiz su içmək lazımdır. Bunu 10 gün ərzində edin.

3. Alma sirkəsi

Alma sirkəsinin tərkibində olan turşular daşların əmələ gəlməsi riskini azaldır və artıq mövcud olan daşların parçalanmasına kömək edir.

Resept:

- 1 x.q. təbii alma sirkəsi

- 1 stəkan su

- zövqə görə bal

Sirkəni və balı suya əlavə edin, qarışdırın. Hər gün 1 stəkan olmaqla için. Bunu uzun müddət ərzində edə bilərsiniz.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Min bir gecə" baletinin (şəkildə) musiqisi Fikrət Əmirov, librettosu isə "Min bir gecə" nağılları əsasında Maqsud və Rüstəm İbrahimbəyovlar tərəfindən yazılmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR