Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Botulizm nədir?

Botulizm nədir?
Sakura

Botulizm nədir?

Botulizm - müxtəlif tipli bakteriyalar  və onların güclü ekzotoksinləri ilə törədilən ağır qida toksikoinfeksiyasıdır ( zəhərlənməsidir ). Botulizm sporları anaerob şəraitə düşdükdə antigen quruluşuna görə bir-birindən fərqlənən xüsusi ekzotoksin hazırlayır. Xarici mühitdə mikroblar spor şəklində rast gəlinir. Sporlar müxtəlif faktorların təsirinə davamlı olur, 5 saat qaynadılmaya davam gətirə bilir. Ancaq avtoklavlaşdırma zamanı ölürlər. Sporlar torpaqda yaşayır, su və ərzaq məhsulları vasitəsilə insanın bağırsağına düşür və bu yolla xəstəlik törətmədən xaric olurlar. Mikrobla çirklənmiş torpaqdan yaxşı təmizlənməmiş göbələk, meyvə - tərəvəz konservləşdirildikdən az sonra 370 c-də 18-24 saat ərzində sporlar vegetativ formaya kecir və toksin ifraz etməyə başlayır. Son illər botulizmlə xəstələnmə ancaq ev şəraitində konservlşdirilən qidalarla olur. Xəstələr qış və yay aylarında qrup şəklində təsadüf olunur, çox vaxt eyni ailə üzvləri xəstələnir. Hər yaş qrupuna aid şəxslər xəstələnə bilir, təkrari xəstələnmə mümkündür.

Patogenezi:

Botulizmə məxsus əlamətlər ancaq toksin orqanizmə düşdükdə inkişaf edir, yəni insan konservləşdirilmiş ekzotoksinli ərzaq məhsullarını yedikdə xəstələnir. Nadir hallarda toksin mədə-bağırsaq sistemində vegetativ basillər tərəfindən hazırlanır. Toksin orqanizm daxil olandan sonra onurğa beynin hərəki sinir mərkəzlərinin hüceyrələrinə təsir göstərir.Sinapslarda asetilxolin sintezini xeyli zəiflədir, nəticədə parez və iflic əmələ gəlir. Tənəffüs əzələlərinin daxili və xarici qabırğaarası və döş əzələlərinin, diafraqmanın iflici ən görkəmli və qorxulu təzahürü olur. Xəstəlik adətən kəskin tənəffüz çatışmazlığı törədir. Bu botulizmdə ölümün başlıca səbəblərindən biridir. Toksin sinir sisteminin aktivliyini ləngidir, nəticədə simpatik sinir sisteminin daxili orqanlara və toxumalara reflektor təsiri güclənir.

Klinikası:

Botulizmin klinik əlamətləri müxtəlif olsa da 3 sindromla cəmləşir:

1. Paralitik

2. Dispeptik

3. Ümumi intoksikasiya

Botulotoksin bütün orqanizmə təsir göstərir, ağırlıq dərəcəsinə görə yüngül, orta-ağır və ağır formaları ayırd edilir. İlkin əlamətləri mədə-bağırsaq pozğunluqları, qusma, ishal, qarında ağrılardır. Xəstədə görmə qabiliyyəti pozulur, gözlərinin qabağında tor gördüklərini deyirlər.

Diaqnoz klinik mənzərəyə əsasən, laborator göstəricilərə əsasən qoyulur.

Müalicəsi:

Ilk növbədə botulotoksini neytrallaşdırmaq lazımdır. Xəstəyə toksin əleyhinə antitoksin zərdabı vurulur. Toksini orqanizmdən kənarlaşdırmaq üçün vacib şərt mədə-bağırsağın təmizlənməsidir. Xəstələrə antibiotik təyin edilir.

Mənbə: Milli.Az 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Italiya

Redaktor seçimi

SON XƏBƏRLƏR