Dərc edildi: Baxış sayı: 257
Borrell Ukraynanın Rusiyaya zərbə endirmək hüququnu dəstəklədi
Müharibə qanunlarına görə Ukraynanın Rusiya ərazisinə zərbə endirmək hüququ var.
Redaktor.az-ın “Deutsche Welle”yə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell Aİ-yə üzv dövlətlərin müdafiə nazirlərinin görüşündə bildirib.
O deyib ki, bu yolda tərəfdaşların rəsmi Kiyevə verdiyi silahlar işə salına bilər.
Borrelin sözlərinə görə, Ukrayna tərəfi indiki halda özünümüdafiə hüququdan istifadə edir.
Niderland və Estoniyanın müdafiə nazirləri Kaysa Ollonqren və Hanno Pevkur da bu fikirləri dəstəkləyiblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət