Dərc edildi: Baxış sayı: 196
Borrel: Rusiya aktivlərindən əldə edilən vəsaitlə Ukraynanı daha çox hərbi texnika ilə təmin edəcəyik
Avropa İttifaqı dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlərdən istifadə etməyə başlayıb. Bu çərçivədə artıq Ukraynaya və ona dəstək göstərən Aİ ölkələrinə vəsait göndərilib.
Ens.az Report.az-a istinadən xəbər verir ki, bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell Brüsseldə baş tutan Aİ xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündən əvvəl jurnalistlərə açıqlamasında deyib.
"Biz bu vəsait hesabına Ukraynanı daha çox hərbi texnika ilə təmin edəcəyik. Əsas odur ki, biz ilk dəfədir, birbaşa Ukrayna sənayesini maliyyələşdiririk. Artıq 1,4 milyard vəsait göndərilib", - o qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət