Slimfit
  1. DÜNYA

Boris Consonun ulu babası türk imiş? - Baş nazir seçkiləri ərəfəsində islam dünyasından üzr istədi

Boris Consonun ulu babası türk imiş? - Baş nazir seçkiləri ərəfəsində islam dünyasından üzr istədi
Sakura

Boris Consonun ulu babası türk imiş? - Baş nazir seçkiləri ərəfəsində islam dünyasından üzr istədi

Hurriyyet.org xəbər verir ki, İngiltərədə baş nazir vəzifəsinə əsas namizədlərdən olan keçmiş xarici işlər naziri Boris Conson bundan əvvəl müsəlman qadınların əleyhinə söylədiyi çirkin bənzətməyə görə üzr istəyib, bu sözləri dediyinə görə kədərləndiyini və peşman olduğunu söyləyib. Conson çarşablı müsəlman qadınları poçt qutusuna bənzətmişdi.

Boris Conson dörd nəfər başqa namizədlə birlikdə iştirak elədiyi verilişdə islama qarşı olmadığını göstərmək üçün ulu babasının da türk müsəlman olduğunu xatırladıb. Conson deyib: “Mənim müsəlman ulu babam 1912-ci ildə bu ölkəyə gəldi, çünki buranın comərd və insanları xoş qarşıyacaq bir uğur qapısı olduğunu bilirdi”. Conson Osmanlı imperatorluğunun son daxili işlər naziri Ali Kemalın nəvəsi Stenli Consonun oğludur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli yazıçı Seyfəddin Dağlı Cəfər Cabbarlının qızı Gülarə xanımla evli olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR