Dərc edildi: Baxış sayı: 533
Boris Conson təhlükəli cinayətkarlarla bağlı qanunu dəyişir
Böyük Britaniyanın Baş naziri Boris Conson xüsusi təhlükəli cinayətkarların saxlanılması müddətini sərtləşdirməyi planlaşdırır.
Bu barədə “The Sunday Telegraph” qəzeti məlumat yayıb.
Nəşr bildirir ki, Britaniyanın hökumət başçısı Dauninq-stritdəki iqamətgahında polis idarələrinin başçılarını, krallığın prokurorluq nümayəndələrini, sabiq hakimləri, həbsxana və məhkəmə administrasiyalarını toplamaq niyyətindədir.
Məlumata əsasən, bu daxili iclasda Conson xüsusi təhlükəli cinayətkarların, onlara məhkəmə tərəfindən müəyyən edilmiş həbs müddətinin yarısını çəkdikdən sonra avtomatik azad edilməsi ilə bağlı ölkədə hazırda mövcud təcrübəyə son qoyacağına söz verib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət