Slimfit
  1. DÜNYA

Boris Conson: “Britaniya koronavirusun pik mərhələsini geridə qoyub“

Boris Conson: “Britaniya koronavirusun pik mərhələsini geridə qoyub“
Sakura

Boris Conson: “Britaniya koronavirusun pik mərhələsini geridə qoyub“

Böyük Britaniya yeni növ koronavirus infeksiyasından yaranmış pandemiyanın ən təhlükəli vaxtını artıq geridə qoyub.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, bu sözləri Britaniyanın Baş Naziri Boris Conson hökumətin koronavirusla bağlı keçirdiyi brifinqində deyib.

O, karantin şərtlərinə riayət edən xalqın səy və fədakarlıqlarının nəticə verdiyini bildirib. Baş Nazir xəstəxanaya qəbul edilən və reanimasiyada olan koronaviruslu xəstələrin sayında azalma müşahidə edildiyini də qeyd edib. Conson bildirib ki, Britaniya koronavirusun pik mərhələsini geridə qoyub.

B.Conson ikinci bir koronavirus dalğasının davamlı iqtisadi ziyana səbəb ola biləcəyini və buna görə hökumətin mərhələli şəkildə karantin şərtlərini yüngülləşdirməli olduğunu deyib. O, bu barədə hökumətin qərarının gələn həftə açıqlanacağını qeyd edib.

Xatırladaq ki, koronavirusa yoluxduqdan sonra əvvəlcə evində özünü təcrid edən, daha sonra isə xəstəxananın reanimasiya şöbəsində müalicə aldıqdan sonra evə buraxılan Boris Conson 25 martdan bu yana ilk dəfə hökumətin brifinqində çıxış edib.

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynəlabdin Tağıyevin dəstəyi ilə təşkil olunan qızlar məktəbi, Bakı

Redaktor seçimi

SON XƏBƏRLƏR