Slimfit
  1. DÜNYA

Borc içində üzən ölkələr hansılardır?

Borc içində üzən ölkələr hansılardır?
Sakura

Ən çox borcu olan ölkələrin adları məlum olub

"Kommersant.azxəbər verir ki, bu ilin əvvəlində qlobal borc 233 trilyon dollar təşkil edib. Dünya Bankının məlumatına görə, bu, ÜDM-ə nisbətdə 288% çoxdur.

Portuqaliya ən çox borcu olan ölkələrin reytinqinə liderlik edir. Ölkənin 217 milyard dollar borcu var. Portuqaliyanın iqtisadi problemlərinin kökü 90-cı illərə gedib çıxır. Hər il 50 mindən çox portuqaliyalı işsizlik ucbatından ölkəni tərk edir.

Digər Avropa ölkəsi olan İtaliya isə reytinqin 4-cü pilləsində qərarlaşıb - 1,9 trilyon dollar. 2014-cü ildə İtaliyanın ÜDM-u 0,1%, 2015-ci ildə 1%, 2016-cı ildə 0,9%, ötən il isə 1,5% təşki edib.

2011-ci ildə Suriyada vətəndaş müharibəsinin başlaması ilə, Livanın dövlət borcu artmağa başladı. 3 il ərzində ölkəyə 1,2 milyon suriyalı qaçqın gəlib. Onların az maaşlı işdə çalışmağa razı olması isə livanlıların işsiz qalması ilə nəticələnib. 2013-cü ilin ortalarında Livanda törədilmiş terror aktları nəticəsində ölkəyə gələn turistlərin sayı 80%-ə qədər azalıb. 2017-ci ildə Livanın dövlət borcunun ÜDM-ə nisbəti 149% təşkil edib.

Yunanıstan ən çox dövlət borcu olan ölkələrin sıralamasında dördüncü yerdə qərarlaşıb. Ölkə yalnız 2001-ci ildə, Aİ-yə daxil olmaqla avroda sərfəli kredit götürmək imkanı qazandı. Həmin vaxt Yunanıstanın 5 bankı özəlləşdirildi. Xidmət sahəsində çalışanların sayı artsa da, istehsalın səviyyəsi aşağı düşdü. 2009-cu ildə rəsmi Afinanın dövlət borcu ÜDM-ə nisbətdə 115% artdı. 2010-2011-ci illərdə Aİ çərçivəsində Yunanıstana 2 proqram vasitəsilə maliyyə yardımı edildi. 2015-ci ilin avqustunda ölkəyə üçüncü kredit proqramı tətbiq edildi (bu il başa çatıb). 2017-ci ilin sonunda Yunanıstanın ümumi dövlət borcu ÜDM-ə nisbətdə 178,6% təşkil edib.

Yaponiya da dünyanın ən çox borcu olan ölkələri siyahısındadır. Ötən ilin sonunda ölkənin borcu ÜDM-ə nisbətdə 253%-ə çatmışdı və hazırda artmaqda davam edir. Bu ilin əvvəlində ölkənin xarici ticarət defisiti 9 milyard dollar təşkil edib. Təqaüdçülərin sayı artdığından Yaponiya hökuməti sosial təminata çox pul ayırır.

Digər borcu çox olan ölkələrdən fərqli olaraq Yaponiyanın borcu əsasən daxili fiziki və hüquqi şəxslərədir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala müharibələri, 1915 İbadət üçün düzəldilmiş məscid və güllə qutularından hazırlanan minbər

Redaktor seçimi

SON XƏBƏRLƏR