Slimfit
  1. DÜNYA

Bolton qapalı görüşdə Trampı yıxıb-sürüdü

Bolton qapalı görüşdə Trampı yıxıb-sürüdü
Sakura

Bolton qapalı görüşdə Trampı yıxıb-sürüdü

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton Nyu Yorkda keçirilən qapalı görüşdə Donald Trampın xarici siyasətini sərt şəkildə tənqid edib.

Axar.az xəbər verir ki, bu barədə “Politiko” nəşri gizli mənbələrə istinadən informasiya yayıb.

Boltonun fikrincə, ABŞ Prezidenti Donald Trampın Taliban radikal hərəkatının liderlərini Kemp-Deviddəki iqamətgahına dəvət etməsi qərarı “dəhşətli siqnal” olub. Eks-müşavir sözügedən addımı 11 Sentyabr teraktı qurbanlarına hörmətsizlik kimi qiymətləndirib.

Bolton həmçinin Şimali Koreya və İranla danışıqlar ideyasını da tənqid edib. Onun fikrincə, danışıqlar əvvəldən uğursuzluğa məhkum olub. Tehran və Pxenyan danışıqlarda yalnız ABŞ-ın sanksiya siyasətini yumşaltmaq üçün maraqlı olublar.

Bununla belə iclasda Boltonun birbaşa olaraq Trampın adını çəkmədiyi qeyd edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

XIX əsrə aid Gəncə qadın geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR