Slimfit
  1. AZƏRBAYCAN

Bolton Bakı haqda elə bir söz dedi ki… - Sərksiyanın şərhi

Bolton Bakı haqda elə bir söz dedi ki… - Sərksiyanın şərhi
Sakura

Bolton Bakı haqda elə bir söz dedi ki… - Sərksiyanın şərhi

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton ölkəsinin Azərbaycan və Ermənistanla münasibətlərini fərqli şəkildə xarakterizə etdi. Bakı səfəri zamanı Bolton Azərbaycanı ABŞ-ın strateji tərəfdaşı adlandırsa da, Ermənistanla münasibətləri xarakterizə edərkən buna bənzər ifadə işlətməkdən imtina etdi.

Axar.az xəbər verir ki, bu sözləri Con Boltonun Bakı və İrəvana səfərlərini şərh edən erməni politoloq Suren Sərkisyan deyib.

Politoloqun sözlərinə görə, belə bir yüksək vəzifəli ABŞ rəsmisinin dilindən Bakı ilə münasibətlər ilk dəfədir ki, bu cür qiymətləndirilib.

“Strateji planda Cənubi Qafqazda Gürcüstanı ən yaxın müttəfiqi kimi görən ABŞ bu mənada ikinci yeri zəngin neft və enerji resurslarına sahib olan Azərbaycana verdiyini göstərdi”, - Sərkisyan qeyd edib.

Erməni politoloq həmçinin bildirib ki, rəsmi Bakı Əfqanıstan məsələsində də ABŞ-a dəstək verir.

Ermənistana gəldikdə isə, Sərkisyanın fikrincə, İrəvanın Rusiya tərəfdən Suriyaya kontingent göndərmək qərarı, hökumətin göndərilən missiyanın humanitar xarakter daşıması ilə bağlı açıqlamalarına baxmayaraq, Ermənistan-ABŞ münasibətlərində problemlər yaradıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1987

Redaktor seçimi

SON XƏBƏRLƏR