Dərc edildi: Baxış sayı: 553
Bolqarıstanlı futbolçu: 'Qəbələ' ilə oyunda gözəl futbol olmadı'
Bolqarıstanın "Etar" klubunun futbolçusu Aleksandr Dülgərov Türkiyənin Antalya bölgəsində "Qəbələ" ilə keçirdikləri yoxlama oyunu haqda fikirlərini bölüşüb.
"Report"un məlumatına görə, klubun rəsmi saytına danışan 29 yaşlı müdafiəçi güclü rəqibə qarşı oynadıqlarını açıqlayıb.
"Qanunauyğun nəticədir. Gözəl futbol olmadı, amma Azərbaycan Kubokunun qalibi olan komandaya qarşı oynadıq. Ümid edirəm ki, biz qalxacağıq və qoy, azarkeşlər bizimlə olsun. Yüksək liqada qalmaq üçün 100 faiz gücümüzü ortaya qoyacağıq" deyə o vurğulayıb.
Qeyd edək ki, "Qəbələ" - "Etar" matçı qolsuz yekunlaşıb - 0:0.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət