Slimfit
  1. İQTİSADİYYAT

Bolqarıstanda Azərbaycandan tədarük hesabına təbii qazın qiyməti ucuzlaşıb

Bolqarıstanda Azərbaycandan tədarük hesabına təbii qazın qiyməti ucuzlaşıb
Sakura

Bolqarıstanda Azərbaycandan tədarük hesabına təbii qazın qiyməti ucuzlaşıb

Bolqarıstanda təbii qaz aprelin 1-dən ucuzlaşıb.

Ens.az Trend -ə istinadən xəbər verir ki, Enerji və Su Tənzimləmə Komissiyası (KEWR) şənbə günü qazın aprel ayında qiymətini əlavə ödənişlər olmadan 1 MVt/saata görə 98,16 leva (təxminən €49,8) məbləğində təsdiqləyib, halbuki martda bu qiymət 106,74 leva (təxminən 53,37 avro) idi.

"Bolqarıstan-Yunanıstan interkonnektoru vasitəsilə tədarük edilən Azərbaycan qazının qiyməti qaz qarışığının maya dəyərinin hesablanmasına daxil edilib. Bu həcmlər ölkə istehlakının təqribən 51,9%-ni əhatə edir və sərfəli qaz qiymətlərinə nail olmaq üçün önəm daşıyır", - deyə açıqlamada bildirilir.

Qeyd edək ki, Bolqarıstan 1 oktyabr 2022-ci ildə istismara verilmiş Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) ilə Azərbaycan qazının idxalına başlayıb. İnterkonnektorla qaz tədarükünün müqavilə həcmi ildə 1 milyard kubmetr təşkil edir. IGB-nin ümumi ötürücülük imkanları ildə 5 milyard kubmetrədək genişləndirmə imkanı ilə 3 milyard kubmetr təşkil edir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kapri, İtaliya

Redaktor seçimi

SON XƏBƏRLƏR