Dərc edildi: Baxış sayı: 450
Bolqar alimlər yeni nəsil batareya düzəldiblər
Bolqarıstan Elmlər Akademiyasının və Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin alimləri enerjinin saxlanması üsulunda inqilab edərək yeni nəsil batareya düzəldiblər.
AZƏRTAC xəbər verir ki, alimlər bir neçə dəfə istifadə edilə bilən, ətraf mühitə zərər verməyən, ucuz natrium əsaslı batareya icad ediblər. Yeni batareyaları litium-ion batareyaları ilə bir yerdə elektromobillərdə də istifadə etmək mümkündür. Natrium-ion batareyası yeni tip sulfat duzlarından olan elektrodlardan ibarətdir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət