Dərc edildi: Baxış sayı: 390
Bolnisidə koronavirusa yoluxanların sayı 55-ə çatdı
Gürcüstanda azərbaycanlıların kompakt yaşadıqları Bolnisi rayonunda koronavirusa üç yeni yoluxma halı qeydə alınıb.
“Report”un yerli bürosu xəbər verir ki, onlardan biri təcili tibbi yardım xidmətinin əməkdaşıdır.
Bununla da rayonda COVID-19 infeksiyasına yoluxanların sayı 55-ə çatıb. Həmin şəxslərin ikisi sağalıb, biri isə ölüb.
Hazırda rayon üzrə 392 nəfər özünütəcriddədir, 86 nəfər isə karantində saxlanılır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət