Slimfit
  1. MƏDƏNİYYƏT

Bolnisi rayonunun Kəpənəkçi kəndində “Zəlimxan Yaqub adına Poeziya Evi” tikiləcək

Bolnisi rayonunun Kəpənəkçi kəndində “Zəlimxan Yaqub adına Poeziya Evi” tikiləcək
Sakura

Bolnisi rayonunun Kəpənəkçi kəndində “Zəlimxan Yaqub adına Poeziya Evi” tikiləcək

Azərbaycanın Xalq Şairi, “Şöhrət” və Gürcüstanın “Şərəf” ordeni laureatı Zəlimxan Yaqubun anadan olduğu Gürcüstanın Kvemo Kartli-Borçalı bölgəsinin Bolnisi rayonunun Kəpənəkçi kəndində “Zəlimxan Yaqub adına Poeziya Evi” tikiləcək.

Kənd ağsaqqalı, Gürcüstan parlamentinin sabiq deputatı Ramiz Bəkirov AZƏRTAC-a bildirib ki, Bolnisi rayon bələdiyyəsi Kəpənəkçi kənd əhalisinin, eləcə də Zəlimxan sevənlərin müraciətinə müsbət cavab verib. Bələdiyyə Kəpənəkçi kəndində “Zəlimxan Yaqub adına Poeziya Evi”nin tikintisinə razılıq verib və torpaq sahəsi ayırıb.

Onun sözlərinə görə, yaxın günlərdə yeni mədəniyyət ocağının eskiz layihəsi də təsdiq olunacaq və tezliklə tikintiyə başlanılacaq.

Qeyd edək ki, yanvarın 23-də Kəpənəkçi kəndində xalq şairinin anadan olmasının 70 illiyi geniş qeyd olunacaq.

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağdam, Azərbaycan, 1993-cü il. Qız güllə və bomba partlayışı səslərini eşitməmək üçün qulaqlarını tutub.

Redaktor seçimi

SON XƏBƏRLƏR