Slimfit
  1. MARAQLI

“Bolmart” təşəbbüsü dəstəklədi: “Johnson&Johnson” məhsullarını satışdan çıxarılıb

“Bolmart” təşəbbüsü dəstəklədi: “Johnson&Johnson” məhsullarını satışdan çıxarılıb
Sakura

“Bolmart” təşəbbüsü dəstəklədi: “Johnson&Johnson” məhsullarını satışdan çıxarılıb

Azərbaycanın artıq üçüncü market şəbəkəsi mərkəzi ABŞ-da yerləşən “Johnson & Johnson” şirkətinin məhsullarını satılmasından imtina edib. 

“Bolmart” supermarketlər şəbəkəsi “RAHAT” supermarketlər şəbəkəsi və “Grandmart” mağazalar şəbəkəsinin  təşəbbüsünü dəstəkləyərək bütün “Johnson & Johnson” şirkətinin məhsullarını satışdan yığışdırıb.

Oxu.Az-ın “Bolmart” supermarketlər şəbəkəsindən əldə etdiyi məlumata görə, bu addım “Johnson & Johnson” şirkətinin paylaşımında separatçı qurumun adını çəkməklə Azərbaycanın ərazi bütövlüyünə hörmətsiz yanaşmasına görə atılıb. 

Mərkəzi ABŞ-da yerləşən şirkət rəsmən Azərbaycanın ərazi bütövlütünü dəstəkləyən bəyanatla çıxış etməyənədək “Johnson & Johnson” məhsulları “Bolmart” supermarketlər şəbəkəsində satılmayacaq.    

Qeyd edək ki, “Johnson & Johnson” şirkəti rəsmi “Twitter” hesabından dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar tərəfindən tanınmayan qondarma Dağlıq Qarabağ qurumunun təbliğini həyata keçirən paylaşım edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əyləncə, 1928-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR