Slimfit
  1. İQTİSADİYYAT

BOKT-un kapitalında mühüm iştirak payının əldə edilməsi qaydasına dəyişiklik I oxunuşda qəbul edilib

BOKT-un kapitalında mühüm iştirak payının əldə edilməsi qaydasına dəyişiklik I oxunuşda qəbul edilib
Sakura

BOKT-un kapitalında mühüm iştirak payının əldə edilməsi qaydasına dəyişiklik I oxunuşda qəbul edilib

Azərbaycandakı bank olmayan kredit təşkilatlarının (BOKT) nizamnamə (şərikli) kapitalında mühüm iştirak payının əldə edilməsi qaydası müəyyən edilir.

"Ens.az" “Report”a istinadla  xəbər verir ki, bu, parlamentin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Bank olmayan kredit təşkilatları haqqında” qanuna dəyişiklik layihəsində öz əksini tapıb.

Sənədə əsasən, BOKT-un nizamnamə (şərikli) kapitalında hər hansı şəxs tərəfindən mühüm iştirak payının, o cümlədən mühüm iştirak payını artıraraq səsvermə hüququ olan səhmlərin və ya nizamnamə (şərikli) kapitalının 20, 33 və 50 %-nə çatmasına və yaxud bu miqdarı keçməsinə gətirib çıxaran iştirak payının əldə edilməsi üçün BOKT-un səlahiyyətli idarəetmə orqanı bu barədə qərarı və müraciəti ilə birlikdə lazımi sənədləri və məlumatları Azərbaycan Mərkəzi Bankına (AMB) təqdim edir:

AMB ərizəyə ən geci 20 iş günü müddətində baxır.

İştirak payının əldə edilməsi barədə AMB-nin verdiyi icazədə iştirak payının alınmasının son müddəti göstərilir. Bu müddət bitdikdən sonra və yaxud AMB-nin icazəsi olmadan iştirak payının əldə edilməsi barədə əqdlər bağlanıldıqda, həmin əqdlər bağlanıldığı andan etibarsız hesab edilir.

AMB iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və yaxud BOKT tərəfindən geri alınması (əldə edilməsi) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər.

BOKT-u kapitalında mühüm iştirak payına malik olan hər hansı bir şəxs ona məxsus səs hüquqlarını və yaxud nizamnamə (şərikli) kapitalındakı payını 20, 33 və 50 %-dən aşağı səviyyəyə endirməzdən əvvəl bu barədə AMB-yə yazılı məlumat verməlidir.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sadovı küçəsindən İçərişəhər mənzərəsi, Bakı, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR