Slimfit
  1. İQTİSADİYYAT

BOKT-ların kredit kartı buraxması mikromaliyyə bazarına necə təsir edəcək?

BOKT-ların kredit kartı buraxması mikromaliyyə bazarına necə təsir edəcək?
Sakura

BOKT-ların kredit kartı buraxması mikromaliyyə bazarına necə təsir edəcək?

Azərbaycanda “Bank olmayan kredit təşkilatları haqqında” qanunda edilmiş və bu gündən qüvvəyə minmiş dəyişikliyə əsasən, BOKT-lara kredit kartı buraxmaq səlahiyyəti verilib.

Azərbaycan Mərkəzi Bankı ödəniş hesablarının açılması və aparılması, habelə kredit kartlarının emissiyası qaydasını 6 ay müddətində təsdiq edib dövlət başçısına məlumat verməlidir.

Bəs BOKT-ların kredit kartı buraxması mikromaliyyə bazarına necə təsir edəcək? "Report" mövzunu bazar üzrə ekspertlərlə müzakirə edib.

"Azərbaycan Mikromaliyyə Assosiasiyası" (AMFA) İctimai Birliyinin icraçı direktoru Jalə Hacıyeva deyir ki, BOKT-lara kredit kartı buraxmaq üçün səlahiyyətin verilməsi onların müştərilərinə birbaşa xidmət göstərməsinə şərait yaradacaq və xərclərini azaldacaq: “Çünki, BOKT-lara ödənişlər POS-terminallar vasitəsi ilə həyata keçirilir, bu da əlavə xərclərə gətirib çıxarır. İndi isə ödənişlər plastik kart vasitəsi ilə həyata keçiriləcək. İstehlakçılar artıq bankomatlardan istifadə etmək məcburiyyətində olmayacaqlar. Çünki, kart buraxılması imkan yaradacaq ki, BOKT-lara ödəniş terminalları ilə əməkdaşlıq etmək imkanı yaradacaq. BOKT-lar indiyə qədər sadəcə ödənişləri toplayırdısa bundan sonra artıq kreditlərin kart vasitəsi ilə verilməsi və POS-terminallar vasitəsi ilə ödənilməsi mümkün olacaq. Bu da onların xərclərinin optimallaşdırılmasına müsbət təsir göstərəcək, maliyyə xidmətləri göstərən qurumlar arasında rəqabəti artıracaq və xidmətin keyfiyyətini yüksəldəcək. Gənc nəsil indi daha çox mobil əlavələr vasitəsi ilə pul köçürmələri həyata keçirirlər. Orta nəsil isə fiziki olaraq kartlara üstünlük verirlər. Yeni qərar BOKT-ların bölgələrdə maliyyə inklüzivliyinin artmasına da töhvə verəcək”.

İqtisadçı-ekspert Rəşad Həsənov isə bildirir ki, BOKT-lara kredit kartı emissiya etmə səlahiyyətinin verilməsi onlara məhsullarını çeşidləndirmə və artırma imkanı yaratmaqla paralel olaraq gələcəkdə gəlirlərini artırmalarına və kreditləşmə prosesində daha aktiv iştirak etməyə də imkan verəcək: “Bu qərar müsbətə doğru dəyişikliklə xarakterizə oluna bilər və bazarda rəqabətin artmasına gətirib çıxaracaq. BOKT-ların bugünki imkanları böyük vəsaitləri bu yolla bazara daxil etmə imkanı verməsə də, öz aralarında kiçik dövriyyənin yaradılması, gəlir mənbəyinin formalaşması üçün töhfə verəcək. Burada BOKT-lar kredit kartlarında öz vəsaitlərini yerləşdirdikləri üçün və öz vəsaitlərindən istifadə ilə bağlı vətəndaşlara, istehlakçılara şərait yaratdığı üçün hər hansı bir ciddi risk yoxdur. Bu öz növbəsində BOKT vəsaitlərinin nağdsız şəkildə xərclənməsi üçün bir platformanın tətbiqinə imkan yaradır. Qəbul edilmiş qərar, BOKT-ların məhsullarının çeşidləndirilməsinə və gəlir bazasını genişləndirməyə şərait yaradacaq, nağdsız ödəniş sferasında texnoloji imkanların tətbiqini genişləndirməklə bu vəsaitlərin nağsız ödənişlərin predmetinə çevrilməsinə şərait yaradacaq. İstehlak kreditlərinin bu yolla daha aktiv şəkildə bazarda yerləşdirilməsi BOKT-ların fəaliyyətinin təkmilləşdirilməsinə və növbəti illərdə güclənməsinə qismən də olsa töhvə verə bilər”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

2014 MU69/Ultima Thule asteroidi - kosmik gəmilərin nə vaxtsa ziyarət etdiyi ən uzaq obyekt. Bu şəkil New Horizons aparatı tərəfindən çəkilib və 6,5 milyard məsafəyə ötürülmüşdür.

Redaktor seçimi

SON XƏBƏRLƏR