Slimfit
  1. İDMAN

Boks yığmamızın baş məşqçisi dəyişdi

Boks yığmamızın baş məşqçisi dəyişdi
Sakura

Kişi boksçulardan ibarət Azərbaycan yığmasında baş məşqçi dəyişikliyi rəsmiləşib

Kişi boksçulardan ibarət Azərbaycan yığmasında baş məşqçi dəyişikliyi rəsmiləşib.
Azvision.az federasiyanın saytına istinadən xəbər verir ki, komandamız təcrübəli mütəxəssis Vaqif Şirinova həvalə edilib.

O, bu postda ukraynalı Leonid Loivskini əvəzləyib. Şirinov ən azı 2020-ci ildə keçiriləcək Tokio Yay Olimpiya Oyunlarının sonunadək millimizin “sükanı arxasında” olacaq.

Komandamızda böyük məşqçi funksiyasını isə yenə də Nəriman Abdullayev yerinə yetirəcək.

Qeyd edək ki, Vaqif Şirinov bu təyinatadək gənclərdən ibarət yığmamıza rəhbərlik edirdi.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyev. Bakı, XX əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR