Slimfit
  1. İDMAN

Boks Olimpiya oyunlarından çıxarıla bilər

Boks Olimpiya oyunlarından çıxarıla bilər
Sakura

2020-ci ildə Olimpiya oyunları Tokioda boks olmadan keçirilə bilər

Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi (BOK) Tokioda keçirdiyi iclasda Beynəlxalq Federasiya onun tələblərini yerinə yetirməsə, bu idman növünü yarışmadan çıxaracağını açıqlayıb. 

BOK Beynəlxalq Boks Federasiyasına (AİBA) rəhbərlik dəyişəcəyi təqdirdə olimpiya hərəkatına kölgə salacaq gizli məqamlara yol verilməyəcəyi tələbini irəli sürür.

Nə qədər ki, AİBA qaneedici məlumatları təqdim etməsə, BOK 2020-ci ildə Tokioda boks turnirin keçirilməsi planını donduracaq. AİBA-nın idarəetmə və maliyyələşmə məsələləri üzrə hesabatı BOK-u qane etməyib. Bununla belə Federasiyanın hakimlik və antidopinq sahəsindəki uğurlarını təqdir edib. 

BOK AİBA-nın maliyyəşdirilməsi, bilet satışı, test tədbirləri və oyunların yekun qrafikinin hazırlanması proseslərini dayandırıb. Federasiyaya Olimpiya obyektləri, reklam materialları üçün rəmzlərindən istifadə qadağan edilib. 

BOK-un müvəqqəti olaraq Olimpiya proqramına salmağı düşündüyü 3 idman növündən biri isə sambodur. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami adına Ədəbiyyat Muzeyinin binasının pəncərəsində Əfzələddin Xaqani rəsmi

Redaktor seçimi

SON XƏBƏRLƏR