Slimfit
  1. MARAQLI

Böhranı fürsətə çevirən 3 şirkətin qeyri-adi uğuru

Böhranı fürsətə çevirən 3 şirkətin qeyri-adi uğuru
Sakura

Böhranı fürsətə çevirən 3 şirkətin qeyri-adi uğuru

Şirkətlərin korporativ imici həm işçilərin işə qəbul prosesi, həm də ümumi müvəffəqiyyət baxımından olduqca vacibdir. Bununla yanaşı uğurlu korporativ imic yaratmaq və bunu uzun müddət davam etdirmək asan iş deyildir. Şirkətlərin yaratdıqları bu imic təkcə bir hadisə ilə belə asanlıqla korlana bilər. Ancaq korporativ imici ciddi mənada korlaya biləcək ictimaiyyətlə əlaqələr böhranının uğurla öhdəsindən gəlib həmçinin bunu fürsətə çevirə bilən bəzi şirkətlər də mövcuddur.

Next Media Animation

Trend xəbərlərlə bağlı satirik videolar hazırlayan Tayvanın animasiya studiosu “Next Media Animation” haqqında şirkətin keçmiş işçisi Marina Shifrin sayəsində eşitmiş ola bilərsiniz. Marina Shifrin işi ilə əlaqədar bütün şikayətlərini sıralayarkən “şərh edilən rəqs” ilə işdən ayrıldığını bildirən bir video yayımladıqdan sonra internet fenomeninə çevrildi. Qısa müddət ərzində yayılan bu video bu vaxta qədər “Youtube” – da təqribən 20 milyon dəfə izlənilmişdir. Marina Shifrin hazırladığı bu videoda şirkətin adını çəkməsə də, xəbər agentlikləri söhbətin “Next Media Animation” şirkətindən getdiyini dərhal aşkar etdilər və qısa zamanda şirkət insanların böyük marağına səbəb oldu. Lakin şirkət Shifrini tənqid etmək və ya onun şirkətlə bağlı şikayətlərini təkzib etmək əvəzinə olduqca ağıllı bir üsula əl atdılar: Shifrini təqlid etdilər.

“Next Media Animation” şirkəti işçilərinin ofisdə rəqs etdikləri və şirkətin ənənələrini vurğulayan demək olar ki, Shifrinin videosu ilə eyni olan bir“Youtube” videosu hazırladı. Videonun sonunda da izləyiciləri hazırda işə qəbul üçün işçilər axtardıqlarına dair məlumatlandırdılar və maraqlanan şəxsləri internet saytlarına yönləndirdilər. Bu video qısa müddət ərzində təqribən 5 milyon dəfə izlənildi və şirkətin kanalındakı ən çox izlənilən video oldu. Eyni zamanda bu video, şirkəti Shifrinin videosunun əksinə daha cəlbedici şirkət kimi təsvir etdi.

American Red Cross

“American Red Cross” (Amerika Qırmızı Xaç Komitəsi) təşkilatının işçilərindən biri öz şəxsi hesabının əvəzinə səhvən təşkilatın rəsmi Twiter hesabından tweet atıb. Bir afişa və sərxoş bir dost haqqında olan bu tweet, diqqət yetirilib silinənə qədər bir saatdan çox vaxt ərzində “American Red Cross”təşkilatının hesabında qaldı. Əslində bu tweet təşkilatın icimini korlayacaq məzmunda deyildi.

Ancaq humanitar yardım təşkilatı bu uyğunsuz tweetdən imiclərini qorumaq üçün bir fürsət yaratmaq məqsədilə istifadə etməyə qərar verdi. Bununla bağlı həm səhvən tweet atan məsul işçi, həm də “American Red Cross” təşkilatının rəsmi hesabı müxtəlif zarafatyana tweetlər paylaşdılar və  bu hadisəyə daha çox diqqət çəkdilər. Nəticədə yardım təşkilatı kifayət qədər diqqət çəkdi və səhvən rəsmi hesabdan atılan tweetdə adı çəkilən pivə şirkəti öz istifadəçilərini “American Red Cross” təşkilatına ianə verməyə təşviq etdi.

Taco Bell

2011 – ci ildə fast-fud restoranlar şəbəkəsi olan “Taco Bell” tərbiyəli dana ətinin təkcə 35% - nin əsl dana ətindən hazırlandığını iddia edən bir məhkəmə işi ilə qarşılaşdı. Şirkət dərhal bu iddianı təkzib etdi, ancaq bununla kfayətlənmədi. Təkcə məhkəmə işinə qarşı çıxmaq əvəzinə bu məhkəmə işini əhatə edən böyük bir kampaniya başlatdı. “Facebook” və “Youtube” vasitəsilə paylaşımların da daxil edildiyi bu kampaniya çərçivəsində insanlara tərbiyəli dana ətinin 88% əsl dana əti və 12% “gizli resept” əsasında hazırlandığına dair zəmanət verildi. Bu kampaniya olduqca uğurlu oldu və şirkətin 5,5 milyon Facebook istifadəçisinin 91% - də və Youtube istifadəçilərinin 89% - də şirkət haqqında müsbət fikir formalaşdı. Nəhayət məhkəmə işi qüvvədən düşdü və fast-fud restoranlar şəbəkəsi heç bir zərərlə qarşılaşmadan, üstəlik də dürüst bir marka imici yaradaraq bu çətin vaxtlardan daha da güclənərək çıxdı.

 

 

Mənbə: Banco.az

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

General Əliağa Şıxlinski Molla Vəli Vidadinin nəticəsidir.

Redaktor seçimi

SON XƏBƏRLƏR