Slimfit
  1. AVTO VƏ MOTO

Böhran dövründə avromobil sahiblərinə 8 tövsiyə

Böhran dövründə avromobil sahiblərinə 8 tövsiyə
Sakura

95 oktanlı benzinin istifadəsi vacib deyilsə, çəkinmədən 92-ni sınaya bilərsiniz

Pandemiya ilə bağlı meydana çıxan qlobal böhran özünün ağır iqtisadi nəticələrini göstərməkdədir və hər sahədə olduğu kimi,  avtomobil sahibləri də qənaət etmək barədə düşünməlidirlər. Ens.az saytı, avtomobil mütəxəssislərinin rəylərini nəzərə alaraq, nəqliyyat vasitələrinin istismarı üçün büdcəni optimallaşdıracaq tövsiyələr hazırlayıb.

Qənaət barəsində danışmazdan qabaq isə  mütəxəssislər, qənaət etməli olmadığınız şeylərə diqqət yetirir - bunlar mühərrik, əyləc sistemi və sürət qutusunun işinə təsir edən mayelərin keyfiyyəti haqqındadır. Onlar yalnız etibarlı pərakəndə satış nöqtələrindən alınmalı və istifadədən öncə məhsulların son istifadə müddəti yoxlanmalıdır. 

Bu, vaxtaşırı dəyişdirilməli olan əyləc yastıqcıqları, filtrlər, borular, üzləmələr və digər komponentlərə aiddir. Həmin məhsulları yalnız etibarlı təchizatçılardan almağı məsləhət görürük. Və beləliklə, 8 tövsiyəmiz:

Planlı texniki xidmət

Növbəti texniki baxışa bir neçə min kilometr məsafəniz varsa, o zaman ən qısa müddətdə keçmək daha yaxşıdır. Qiymətlər istənilən vaxt qalxa bilər və bir ayda büdcəniz xeyli əziyyət çəkə bilər.

Fərdi usta

Yaxın vaxtlarda maşınınızı dəyişmək fikriniz yoxdursa və diler xidmət mərkəzindəki qiymətlər artmaqdadırsa, fərdi çalışan ustalara müraciət edə bilərsiniz. Bu cür qeyri-rəsmi xidmət yerlərində təmir dəyəri iki qat daha ucuz ola bilər.

95-dən 92-yə

Nəqliyyat vasitəsinin pasportuna görə, 95 oktanlı benzinin istifadəsi vacib deyilsə, çəkinmədən 92-ni sınaya bilərsiniz. Onların arasında əhəmiyyətli fərq  yoxdur, ancaq maliyyə baxımından fərq, ildə təxminən 15% təşkil edir.

Ehtiyat hissələri yığın

Filtrlər, şamlar və yağlar heç vaxt artıq deyil. Heç bir detalın qiymətində enmə gözlənilmir, ancaq yüksəlməsi ehtimalı var. Öz ehtiyat hissənizlə lap Texniki Xidmət yerinə də gedə bilərsiniz, bu isə təmir xərclərini azalda bilər.

Öz-özünə təhsil alma

Karantin, avtomobilə sərbəst texniki qulluq bacarıqlarını öyrənmək üçün ideal vaxtdır. Salonun və hava filtrlərini, mühərrikdəki qığılcım şamlarını, salon işıqlandırma lampalarını dəyişdirmək və digər xırda işlər - asan prosesdir. İnternetdən asanlıqla məsləhətlər və təlimatlar tapa bilərsiniz.

Sürücülük tərzi

Pula qənaət etmək istəyirsinizsə, sakit sürün. Qaz pedalına intensiv sürətlənmədən və kəskin basmadan, qənaət etmək mümkündür. Mütəxəssislər həmçinin əvvəlcədən marşrutunuzu planlaşdırmağı məsləhət görürlər ki, əksər vaxtlar sabit sürətlə hərəkət edə biləsiniz.

Hiyləgər alış

Böhran zamanı yeni  maşın almağa qərar verərsinizsə - tələsməyin, bir qədər də gözləyin. Satıcılar uzun müddətdir alıcılığın aşağı düşməsindən gileylənirlər və bu yaxın vaxtlarda həqiqətən satmaları lazım olan avtomobilə yaxşı endirim etməyə hazır ola bilərlər.

Karantin tədbirləri

Karantin dövründə  bəzi avtomobil modellərinə xüsusi endirimlər təklif oluna bilər. Ona görə də bu xəbərləri diqqətlə izləyin. 

Özünüzü qoruyun 

Avtomibil ekspertləri digər şeylərlə yanaşı,  yollarda sürət həddini pozmamağı məsləhət görürlər, çünki pandemiyada hətta kiçik qəzalar da ciddi çətinliklərə səbəb ola bilər.

Mənbə: avtomaniya.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşalı kişi, 1890-cı il.

Redaktor seçimi

SON XƏBƏRLƏR