Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Boğazda balıq sümüyü qalıbsa nə etməli?

Boğazda balıq sümüyü qalıbsa nə etməli?
Sakura

Boğazda balıq sümüyü qalıbsa nə etməli?

Balıq sümüyünün boğazda qalması insanın həyatına təhlükə yaratmır.

Saglamolun.az bildirir ki, balıq sümüyü nazik olduğundan nəfəs yollarını bağlaya bilməz. Lakin udlağın divarına sancılmış balıq sümüyü kifayət qədər ciddi ağrılara və xoşagəlməz hisslərə səbəb olur, insan yemək yeyəndə, danışanda, ağzını açanda çətinlik çəkir.

Həmçinin onu da nəzərə almaq lazımdır ki, sümük irinləyə bilər. Bu isə həqiqətən ciddi fəsadlara səbəb ola bilər.

El arasında çoxlu su içmək, çörəyin yumşaq hissəsini çeynəmək və s. kimi “yardım üsulları” vardır. Çörək həqiqətən kömək edə bilər. Lakin mütəxəssislər bu üsuldan istifadə etməyi tövsiyə etmirlər. Çörək boğazdan keçəndə sümüyü daha dərinə itələyə bilər və yə sümüyün bir hissəsi qırıla bilər. Hər 2 halda sonra sümüyü çıxartmaq daha çətin olacaq.

Beləliklə, boğazınızda sümük ilişibsə dərhal LOR-həkiminə müraciət edin. Həkim bir neçə dəqiqə ərzində sümüyü çıxardacaq və sizə lazım olan tövsiyələr verəcək.

Sümük uşağın boğazında qalanda vaxt itirmədən həkimə müraciət edin.  

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala döyüşündə təyyarəyə atəş edən 2 top və Osmanlı əsgərləri

Redaktor seçimi

SON XƏBƏRLƏR