Slimfit
  1. DÜNYA

Boeing ilk pilotsuz yanacaq tankerini sınayıb

Boeing ilk pilotsuz yanacaq tankerini sınayıb
Sakura

Boeing ilk pilotsuz yanacaq tankerini sınayıb

Pentaqonun aparıcı podratçılarından biri olan Boeing, aviadaşıyıcılara əsaslanan ilk MQ-25 Stingray pilotsuz tankerini sınaqdan keçirdi. FaktXeber.com-un Tass-a istinadla verdiyi məlumata görə, bu barədə şirkətin mətbuat xidmətinin cümə axşamı yaydığı açıqlamada deyilir.

Qeyd olunur ki, iki saat davam edən ilk sınaq uçuşu Sent-Luisdəki (İllinoys) hava limanı üzərindən keçirildi. Boeing mütəxəssisləri dronun əsas funksiyalarını yoxlayıblar: "Təyyarə avtonom sükan sınaqlarını başa çatdırıb, sonra əsas uçuş funksiyalarını və yerin idarəetmə stansiyası ilə qarşılıqlı əlaqəsini yoxlamaq üçün əvvəlcədən müəyyən edilmiş bir marşrut üzrə uçub".

Bir dron  4-6 qırıcıya yanacaq doldurmaq üçün 930 km məsafədə təxminən 8 ton yanacaq tədarük edə bilməlidir. Bundan əlavə, nəzarət, kəşfiyyat və məlumat toplama işlərini yerinə yetirmək üçün drona "Stingray"da avadanlıqların quraşdırılması planlaşdırılır.

 

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Zamanın qapısı"

Redaktor seçimi

SON XƏBƏRLƏR